Kərim Məmmədbəyov

Kərim Hüseyn oğlu Məmmədbəyov (3 mart 1899, Qaytaq-Tabasaran dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 9 mart 1938, Moskva, RSFSR) — sovet siyasi və dövlət xadimi, inqilabçı, Dağıstan Vilayət Fövqəladə Komissiyasının sədri (1921–1922), Dağıstan Muxtar Sovet Sosialist Respublikasının daxili işlər xalq komissarı (1922–1923), Birləşmiş Siyasi İdarəsi Dağıstan vilayət şöbəsinin rəisi (1922–1925 və 1928–1931), Dağıstan MSSR maliyyə xalq komissarı (1925–1928) və Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1931–1937).

Kərim Məmmədbəyov
rus. Керим Гусейнович Мамедбеков
bayraq
Dağıstan vilayət Fövqaladə Komissiyasının 5-ci sədri
1921 – 1922
Əvvəlkiİllarion Talaxadze
Sonrakıvəzifə ləğv edilib
bayraq
Dağıstan MSSR 2-ci daxili işlər xalq komissarı
1922 – 1923
ƏvvəlkiNəcməddin Əfəndiyev
SonrakıA.- M. Atayev
bayraq
Birləşmiş Siyasi İdarəsi Dağıstan vilayət şöbəsinin 1-ci rəisi
1922 – 1925
Əvvəlkivəzifə təsis edilib
SonrakıAndrey Yermolayev
bayraq
Dağıstan MSSR-in 2-ci maliyyə xalq komissarı
1925 – 1928
ƏvvəlkiSəid Qabiyev
Sonrakıİbrahim Əliyev
bayraq
Birləşmiş Siyasi İdarəsi Dağıstan vilayət şöbəsinin 3-cü rəisi
1928 – 1931
ƏvvəlkiAndrey Yermolayev
SonrakıSergey Tarasyuk
bayraq
Dağıstan MSSR Xalq Komissarlar Şurasının 2-ci Sədri
1931 – 1937
ƏvvəlkiCəlaləddin Qorxmazov
SonrakıCəmaləddin Məhəmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1899(1899-03-27)
Doğum yeri
Vəfat tarixi 7 sentyabr 1938(1938-09-07)[1] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya ÜİK(b)P
Fəaliyyəti siyasətçi
Atası Məmmədhüseyn Mirzə Əliabbas oğlu Məmmədbəyov
Anası Seyid Qayabikə
Həyat yoldaşı Lyubov Yulyevna Erlix
Uşağı oğlu: Harun Məmmədbəyov
Dini islam

Kərim Məmmədbəyov 15 (27) mart 1899-cu ildə Dağıstan vilayətinin Yersi kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycanlıdır. Quba qəzasından olan atası, Dağıstan vilayətinə köçüb və orada Dərbənd seyidi kəndli Mirsadığın qızı Seyid Qayabikəyə evlənib. Ailədə Kərimdən başqa üç oğlan və üç qız da olub.

Kərim 1915-ci ildən Dərbənd şagird inqilabçı dərnəklərinin, 1917-ci ildən RSD(b)FP-nin üzvü olub.

30 aprel 1921-ci ildə Dağıstan Vilayət Fövqaladə Komissiyasının sədri, 6 may tarixindən isə RSFSR XKS yanında FK Dağıstan şöbəsinin sədri təyin edilib. Həmin ilin dekabrından eyni zamanda Dağıstan MSSR xalq daxili işlər komissarlığına rəhbərlik edib. Daxili işlər orqanlarının rəhbəri kimi Nəcməddin Əfəndiyevin qiyamının yatırılmasında, 1924-cü ildə Xasavyurt dairəsində fəaliyyət göstərən Xasu-Hacının dəstəsinin ləğv edilməsində iştirak edib. 1927-ci ilədək Cənubi Dağıstanda gizlənən ittihad dəstələrinin, Qızılyar dairəsindəki polkovnik Hovoselsovun dəstələrinin, Qaytağ-Tabasarandakı Əli Bulatın dəstələrinin, Kürə dairəsindəki Əli Şabanın, Qunib dairəsindəki Şeyx Şarafutdinin dətəsinin, Azərbaycandan gələn Samur dairəsindəki Ker Aşimin və Kazibek Mnatilovun dəstələrinin ləğv edilməsində rolu olub.

Kərim Məmmədbəyov inqilabçı Aron Erlixin bacısı, Dağıstanda inqilabın və vətəndaş müharibəsinin fəal iştirakçısı Lyubov Erlixlə (1902–1988) evli olub. Onların Harun adında oğlu olub, Böyük Vətən müharibəsi illərində o könüllü surətdə müharibəyə gedib və Moskva ətrafında döyüşlərdə həlak olub.

Qardaşı Ağa Leninqrad ətrafında döyüşlərdə həlak olub, digər qardaşı Hadı Volqa çayı ətrafından Berlinə qədər müharibədə iştirak edib. Rostov ətrafındakı döyüşlərdə əmisi oğlu Cabbar Məmmədbəyov həlak olub. Özündən sonra Kərim Məmmədbəyovun bütün ailəsi repressiyaya uğrayıb, həyat yoldaşı Lyubov Məmmədbəyova özü ilə bir gündə həbs edilib, 3 iyun 1940-cı ildə 8 il həbsə məhkum edilib. Oğlu 27 iyun 1938-ci ildə həbs edilib, ancaq sonra azad olunub.

  • Bilici qəsəbəsində yerləşən sovxoza və Dərbənd şəhərindəki bir küçəyə Kərim Məmmədbəyovun adı verilib.
  • Yersi kəndində və Dərbənd şəhərində onun büstü qoyulub.
  • Mahaçqala şəhərində Lenin küçəsi 26 №-li evdə bu məzmunda lövhə vurulub: "Bu evdə 1920–1921-ci illərdə Cənubi Dağıstanın fövqaladə komissarı Kərim Məmmədbəyov yaşayıb".
  1. Мамедбеков Керим Гусейнович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]