Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur.
1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir.
Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir.
Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir.
1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.