Kərim bəy Vəzirov

Kərim bəy Vəzirov (5 may 1843, Şuşa, Kaspi vilayəti1892) — şair, məmur.

Kərim bəy Vəzirov
Kərim bəy Talıb bəy oğlu Vəzirov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Fəaliyyəti şair

Kərim bəy Vəzirov 5 may 1843-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. Mükəmməl mədrəsə savadı almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Dövlət idarələrində, Şamaxı və Salyan şəhərində məmur işləmişdi. Kərim bəy 1892-ci ildə subay vəfat edib.

Kərim bəy şair idi. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Salif əz-zikr Talıb bəy mərhumun vələdi-ərşədidir. Bu zati-pəsəndidəsifat Şamaxı şəhərində padşahlıq dəftərxanasında münşilik əmri ilə məşğul olur imiş. Tarixi-1290-cı ildə həman sərzəmində mürği-ruhi-pürfütühi gülzari-behişti-bərrinə təyyəran edib".

Mir Möhsün Nəvvab da Kərim bəydən bəhs etmişdir. O, səsli təzkirəsində yazır: "Mərhum Kərim bəy ibn Talıb bəy ibn Zeynalabdin bəy Vəzirzadədir. Qarabağın Şuşa əhalisindəndir. Otuz yaşlı nakam bir cavan idi. Həmin tarixdə rəhmətə getdi".

  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.