Kərkük böhranı

2017-ci il İraq–kürd münaqişəsi, həmçinin Kərkük böhranı[1][2]İraq hökumətinin 2014-cü ildə İŞİD-in İraqın şimal ərazilərinə hücumundan sonra peşmərgənin nəzarətində olan mübahisəli əraziləri geri alması ilə nəticələnən münaqişə. Münaqişə 15 oktyabr 2017-ci ildə, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu ilə bağlı yaranan gərginlikdən sonra başlamışdır. Peşmərgə İraq hökumət qüvvələrinə Kərkükə qayıtmaq üçün edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymamış, İraq federal hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında gərginlik münaqişəyə çevrilmişdir.[3] Münaqişənin bir hissəsi Kərkük uğrunda döyüş olmuşdur, burada İraq qüvvələri şəhərə nəzarəti bərpa etmişdir.

İraq–kürd münaqişəsi
Tarix 15 oktyabr 2017

Münaqişə nəticəsində İraq Kürdüstanı öz ərazisinin 20%-ni itirmişdir.[4]

Zəmin[redaktə | mənbəni redaktə et]

İraq Kürdüstanının prezidenti Məsud Bərzani 2017-ci ilin sentyabrında İraq Kürdüstanının müstəqilliyi haqqında referendumun keçirilməsinə töhfə vermişdir. Buna görə İraqın baş naziri Heydər əl-Abadi referendumun nəticələrinin ləğvini tələb etmiş və Kürdüstan Regional Hökumətini "konstitusiya çərçivəsində" dialoqa başlamağa çağırmışdır.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "US urges calm as Kirkuk crisis escalates". BBC News. 17 October 2017. 5 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
  2. "State Department: Kirkuk Crisis 'Not Over by Any means'". Voice of America. 18 October 2017. 21 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2017.
  3. "Kurdish Peshmerga fighters reject Iraqi warning as deadline passes". Middle East Eye. 16 October 2017. 8 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2023.
  4. "With Iraqi-Kurdish Talks Stalled, Phone Diplomacy Averts New Clashes". New York Times. 23 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2018.
  5. "Iraqi PM calls on Kurdistan to cancel referendum, start dialogue". www.efe.com (ingilis). 26 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2017.