Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi.[1]
Kakşaal-Too | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7.439 m |
Uzunluğu |
|
Eni | 54 km |
Yerləşməsi | |
41°40′11″ şm. e. 78°59′52″ ş. u.HGYO | |
Ölkə | |
|
Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var.[1]
Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.[2]