Narın çayı (qırğ. Нарын дарыясы, ing. Naryın River, rus. Нары́н)- Qırğızıstanda çay. Sırdərya çayının əsas qollarından biridir. Çay Qırğızıstanın ən böyük və ən uzun çayıdır. Qərbə doğru Özbəkistan Repsublikasının Fərganə vadisinə doğru istiqamətlənmişdir. Qırğızıstanla Özbəkistan sərhəddində Qırğızıstanın İsıkgöl, Narın, Cəlalabad və Özbəkistanın Namaqan vilayətlərindən keçir. Uzunluğu 807 km, Hövzəsinin sahəsi 59 100 km2-dir.
Narın çayı | |
---|---|
qırğ. Нарын дарыясы | |
Ölkələr | |
Regionlar | |
Mənbəyi | Tyan-Şan dağları |
Mənsəbi | Sırdərya |
Uzunluğu | 807 km |
Su sərfi | 429 m³/san |
Hövzəsinin sahəsi | 59 100 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çay adını 1868-ci ildə Rus qarnizonu olan və indi müasir şəhər olan Narın şəhərindən götürmüşdür. Başqa bir ehtimalla Narın qırğız nağıllarında qarın mənasını verir. Monqol dilində isə Günəşli mənasında işlədilir.
Kiçi-Narın, At-Başı, On Arça, Kadciti, Çiçkan, Alabuga, Kökömörən çayları Narın çayının əsas qollarındandır[1]
Mənbəyi dünyanın ikinci ən böyük dağ gölü olan İsıkgölünün cənubundakı Tyan-Şan dağlarından alan Narın çayı illik su balansı 13.7 km3-dur. Beş dəfə əkin yerlərinin sulanması və enerji istehsalı məqsədililə istifadə edilir.
Narın çayının qolları üstündə bir neçə vacib su anbarı var. Onlardan ən böyüyü 19.9 m³ su ehtiyatına malik Toktogül su anbarıdır. Toktogül su anbarına Kurpsay, Daş-Kumir, Şamaldsay və Uç-Kurgansk su anbarları daxildir. Kambarata-2, At-Başı su anbarları istifadədə, Kambarata 1 və Kambarata 3 su anbarları isə planlaşdırma mərhləsindədir[2].
Anbarın adı | Operatoru | Maksimum tutumu | Vəziyyəti | Su anbarı | Sahəsi | Həcmi |
---|---|---|---|---|---|---|
Kambarata-1 | 2 300 | Planlaşdırılır | Kambarata-1 | 4 560 | ||
Kambarata-3 | Planlaşdırılır | Kambarata-3 | ||||
Kambarata-2 | 360 | İstifadə edilir | Kambarata-2 | 70 | ||
Kurpsay | 800 | İstifadə edilir | Kurpsay | 12,2 | 370 | |
Şamaldsay | 240 | İstifadə edilir | Şamaldsay | 41 | ||
Daşkömür | 450 | İstifadə edilir | Daşkömür | 140 | ||
Toktogül | 1 200 | İstifadə edilir | Toktogül | 284,3 | 19 500 | |
Uç-Kurgansk | 180 | İstifadə edilir | Uç-Kurgansk | 52,5 |
Çay boyunca sahillərində Qara-Day, Narin vilayətinin Narın və Dostuk şəhərləri, Cəlalabad vilayətinin Kazarman, Toktogül su anbarı, Qaragöl, Daş-Kumir şəhərləri yerləşir.