Kaliumasetat

Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir.

Kalium asetat
Ümumi
Kimyəvi formulu C2H3KO2
Molyar kütlə 98.15 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 292 °S

Kaliumasetat — CH3COOK

Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar:

CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O

Fiziki-kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır.

Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.