Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid balıq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlara hətta 50 metr suyun dərinliyində belə rast gəlmək mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir.
Kaluqa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kaluqa (balıq) |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Balığın beli boz-qızılı, qarnı isə ağdır.
Kaluqaya əsasən Amur çayının hövzələlərində rast gəlinir. Onlara nadir hallarda olsa da Arqun və Şilka çaylarında da rast gəlinir. Sunqari və Ussuri çaylarında isə Çinin həyata keçirdiyi ovla əlaqədar sayları tükənmişdir. Oxot dənizi ərazisində az sayda olsa da müşahidə edilir. Onlara Kamçatka yarımadası, Hokkaydo, Saxalin adalarında[2][3] da rast gəlinir. Kaluqanın əsas yayılma arealı Amur limanıdır[4]
Kaluqalar 230 sm uzunluğa 16–17-ci illində çatırlar. Onlar 5–6 metr uzunluğa 48–55 ilində çatırlar, çəkiləri 1200 kq[5] qədər çatır. 2012-ci ilin mayında çinli balıqçılar Amurlar 600 kq[6] çəkisi olan balıq tutmuşdular. 2015-ci ilin mayında çinlilər 53-illik olan Kaluqanı tutmuşlar. Onun çəkisi 350 kq[7] təşkil edirdi. Bu balıqlar 4100 mindən 1,5 milyona qədər kürü tökə bilirlər. Kürüləmə dönəmi may-iyul aylarına təsadüf edir. Dənaye əhəmiyyətli balıqların çəkisi 150 kq olur.
Kürü 2,5–4 mm çəkiyə sahib olur. Embrionlaşma 18,0 °C 108 saat ərzində baş verir. Artıq payızın sonları uzunluqları 20–30 sm, çəkiləri isı 17–97 qram olur. Bir ilin tamamında çəkiləri 150 q, uzunluqları isə 33 sm təşkil edir. 20–22 yaşında çəkiləri 100 kq, uzunluqları isə 230–250 sm çatır. Yaşlı fərdlər arasında dişilər üstünlük təşkil edir (70%).
Yaş, il | Amur limanı | Nije-Tambovsk | Elabuqa | Oetroskioe | ||||
---|---|---|---|---|---|---|---|---|
Uzunluq, sm | Çəki, kq | Uzunluğu, sm | Çəki, kq | Uzunluq, sm | Çəki, kq | Uzunluq, sm | Çəki, kq | |
2–4 | 70 | 2,0 | 66 | 1,5 | 78 | 2,8 | 73 | 2,4 |
5–7 | 110 | 9,3 | 89 | 3,5 | 110 | 7,1 | 110 | 9,8 |
8–10 | 147 | 22,3 | 106 | 7,2 | 126 | 11,2 | 150 | 26,6 |
11–13 | 178 | 43,3 | 114 | 9,3 | 149 | 19,0 | 175 | 44,6 |
14–16 | 208 | 72,0 | 136 | 13,3 | 173 | 32,2 | 195 | 63,7 |
17–19 | 232 | 95,7 | 175 | - | 187 | 44,5 | 220 | 89,4 |
20–22 | 248 | 132,6 | 183 | 41,3 | 223 | 79,6 | 247 | 125,3 |
23–25 | 261 | 152,0 | - | - | 267 | 134,3 | 260 | 150,0 |