Nərələr

Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Nərələr
Elmi təsnifat
Beynəlxalq elmi adı

Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.

21 aprel 2004-cü il tarixində ABŞ-nin Canlı Təbiət və Balıqların Mühafizə Xidməti nərə balıqları fəsiləsindən olan bölgəni yox olma təhlükəsi altında olan növlərin siyahısına daxil etmişdir.

Xəzərdə Nərələrin sayının azalması

[redaktə | mənbəni redaktə et]

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalmışdır və keçən əsrin 80-ci ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri bir neçə faktordur:

  1. 20-ci əsrin 90-cı illərində brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması;
  2. kürütökülən əksər çaylarda, və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması;
  3. Xəzər dənizinin çirkləndirilməsi;
  4. bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması;
  5. yabanı orqanizmlərinin dənizə düşməsi ilə və onların mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.[3]

Nərə balığı zavodları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda qiymətli balıq növlərinin yetişdirilməsi ilə dörd xüsusi müəssisə məşğul olur. Azərbaycanda ilk belə müəssisə 1954-cü ildə işə salınmış Əli Bayramlı nərə balığı zavodudur. Onun ardınca daha iki müəssisə istifadəyə verilmişdir. Müasir tipli Xıllı nərə balığı zavodu isə 2003-cü ildən fəaliyyət göstərir. Sələflərindən fərqli, ən mütərəqqi texnologiyalarla təchiz edilmiş müəssisə hazırda Xəzər dənizi hövzəsində ən müasir istehsalatdır.

Dünya Bankı "Təxirəsalınmaz ekoloji sərmayələr" layihəsi çərçivəsində zavodun tikintisinə 6 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırmışdır. Layihənin sifarişçisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında layihələri reallaşdırma qrupudur. "Billur" yerli istehsalat firmasında hazırlanmış layihəni "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin mütəxəssisləri həyata keçirmişlər. Texnoloji avadanlıq Almaniyanın "FERROSTAAL" şirkəti tərəfindən gətirilmiş, layihənin məsləhətçisi kimi Fransanın "SOFREQO" şirkəti çıxış etmişdir.

Zavodda 5 növ nərə balığı yetişdirilir. Fəaliyyət göstərdiyi 5 il müddətində müəssisədə təxminən 35 milyon müxtəlif növ körpə nərə balığı yetişdirilərək, Kür çayı nın mənsəbinə buraxılmışdır.

Balıq ehtiyatlarının bərpası

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi

AZ 1080, Bakı, Qaradağ rayonu, Sahil qəsəbəsi Sektor: Qızıl balıq və nərə cinsli balıq körpələrini yüksək çəkiyə qədər böyüdülməsi.

  • "S.Q.Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi

AZ 4700, Neftçala rayonu, Bankə qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.

  • "C.Cavadov adına Kür ağzı Nərə Balıqyetişdirilmə Zavodu"

AZ 4700, Neftçala rayonu, 2-ci mayak qəsəbəsi Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası.

  • "Əli Bayramlı Nərə Balıqartırma Zavodu" – Dövlət Müəssisəsi

AZ 1800, Əli Bayramlı Sektor: Nərə cinsli balıq körpələrinin süni yolla artırılması.[4][5]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. "Nərə balıqları – Xəzərin ən qiymətli varlığıdır". 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  4. "Arxivlənmiş surət". 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-26.
  5. http://www.azregionaldevelopment.az/2008/09/13/n601r601-bal305287305-zavodunun-yubileyi.html%5Bölü+keçid%5D[ölü keçid]
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 62.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.