Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü.
Kamal Babayev | |
---|---|
Kamal Həbib oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (94 yaşında) |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib.
XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur. 1988-ci ildə "Sovet fotosu" ("Sovetskoe foto") jurnalının 1-ci mükafatla 1-ci yerin qalibi olur.
1990-cı illərdə Moskvada çıxan "Azərbaycan Panoramasi" ("Panorama Azərbaycana") qəzeti ilə əməkdaşlıq edir, fotoşəkil və məqalələri dərc olunur. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş "Master və Marqarita" müsabiqəsinin və "Ürək" müsabiqəsinin diplomlarını alır. 1995-ci ildə fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.
Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub.
Uzun sürən xəstəlikdən sonra 94 yaşında 4 yanvar 2022-ci ildə dünyasını dəyişib.[1]