Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi.
Kamal Doğan | |
---|---|
türk. Kemal Doğan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 1951 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1897-ci ildən |
Rütbəsi | general |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5. Batareya Komandirliyinə təyin edildi. 1906-cı ildə 9. Topçu Alayı 5. Batareya Komandirliyinə təyin edilmişdir. İyun 1908-də yüzbaşı kimi Veliko-Tırnovada yerləşən Atəşli Krup Cebel Batareya Komandirliyinə , iki ay sonra da Kırklarelində yerləşən 7. Səhra Topçu Alayının 5. Batareya Komandirliyinə təyin edilmişdir. 1909-cu ildə Hərəkət Ordusunda vəzifə almışdır.
1910-cu ildə İstanbulda 5.Topçu Alayı 6. Batareya Komandirliyinə, 1911-ci ildə Topçu Məktəbi 2. Hissə Komandirliyinə təyin edilmişdir. 1911-ci ildə Mustafa Kamal ilə Benqaziyə keçərək mümkün İtalyan işğalına qarşı yerli birliklərin hazırlanmasında çalışmışdır. Balkan müharibələri başlamasıyla Şərq Ordusu Cəbbəxana Komandirliyinə təyin edilmişdir. 1913-cü ildə Səhra Toplarında təşkil edilmiş 2. Batareya Komandirliyinə təyin edilmişdir.
1914-cü ildə Birinci Dünya Müharibəsinin başlamasıyla 3. Firqə Topçu Alayı 4. Batalyon, İraqa 24. Səhra Alay 1. Batalyon və 51. Firqə Topçu Alay Komandirliyinə təyin edilmişdir. 1915-ci ildə İraq İslam Ordusu Topçu Komandirliyinə və 18. Topçu Komandirliyinə təyin edilmişdir. 6 sentyabr 1915-ci ildə mayor rütbəsinə yüksəlmişdir. İraq Cəbhəsində göstərdiyi böyük xidmətlərinə görə hərb medalı ilə təltif edilmişdir. 1918-ci ildə İslam Ordusu Topçu Müfəttişliyinə, 1919-cu ildə 9. Ordu Topçu Müfəttişliyi və 3. Topçu Müfəttişliyinə təyin edilmişdir.
Birinci Dünya Müharibəsində 1916–1917 illər arasında İraq Cəbhəsində Vadi-i Kəlal, Birinci Fəlahiyə, Sabis Meydan Müharibəsi, İkinci və Üçüncü Fəlahiyə, Beyttisa, Qut-ül Amarə, Qarraf, Elxan, Beşşarə, Samran, Bağdad, Sindiyyə, Ethemçayı döyüşlərində savaşmışdır. Qut-ül Amarə mühasirəsində yaralanmışdır. Vəziyyəti sabitləşəndən sonra Qafqaz cəbhəsinə təyin edilmiş, Xəzər dənizi sahillərində aparılan hərəkat ilə Qafqazın boşaldılmasında rol oynamışdır.
19 may 1919-cu ildə Mustafa Kamal ilə birlikdə Bandırma Gəmisi ilə Samsuna gəlmişdir. Sivas Konqresi hazırlıqlarını tamamladıqdan sonra Atatürk ona "Kozanoğlu Doğan Bəy" ləqəbini vermiş və Kilikiya Kuva-yı Milliye komandiri olaraq bölgəni fransız qüvvələrindən təmizləmək üçün təyinat almışdır.
Urumluda yaralanmış amma sağaldıqdan sonra Koçkiri (1921) və Pont (1922) üsyanlarının yatırılmasında vəzifə almışdır. 26 avqust 1922-ci ildə Böyük hücuma Birinci Ordu Topçu Müfəttişi olaraq qatılmışdır. "İstiqlaliyyət" medalı ilə təltif edilmişdir.
1923-cü ildə Meçkoğlu ailəsindən Mevhibe xanım ilə evlənmişdir. Reha və Ayfer adında iki qızları olmuşdur. Qızlarından Reha, 1973–1977-ci illər arasında Cümhuriyyət Xalq Partiyasından İstanbul Bələdiyə Sədrliyinə seçilən Əhməd İsvanın həyat yoldaşıdır.
1923–1927 illər arasında Topçu Atış Məktəbi Müdirliyində, 1927–1928-ci illər arasında 2. Ordu Topçu Mütəxəsisliyində, 1928–1932-ci illər arasında 16. Firqə Topçu Bölgə Komandirliyi, 1932-ci ildə Ərzurum Komandirliyi, 1935-ci ildə Kırklarelində 46. Diviziya Komandirliyi, 1937-ci ildə Çanaqqala Komandirliyi, 1938-ci ildə 2. Korpus Komandirliyi, 1940-cı ildə 3. Korpus Komandirliyi vəzifələrində çalışmışdır. 1941-ci ildə təqaüdə çıxmışdır.
Türkiyə Böyük Millət Məclisinin 6. Dövr seçimlərinə qatılaraq Ağrı millət vəkili seçilmişdir. 7. və 8. Dövr Kırklareli millət vəkili seçilmişdir.
20 noyabr 1951-ci ildə vəfat etmiş və İstanbulda, Ədirnəqapı Şəhidliyində dəfn edilib.
Gelibolu, Dirikköydə əsgərlər üçün nəzərdə tutulmuş adını daşıyan General Kamal Doğan Yataqxanası ilə abidə mövcuddur. Kilikyada Türkiyə İstiqlaliyyət müharibəsi dövründə yaralandığı kəndə "Doğanbəyli" adı verilmiş və meydana "Kozanoğlu Doğan Bəy heykəli" qoyulmuşdur. Çanaqqalada Gücləndirilmişdir Mövqe Komandirliyi vəzifəsini icra edərkən İzmir yolu üzərində olan İntepe diyarına etdiyi yardımların xatirəsi olaraq 1938-ci ildə, adına Belde Meydanında, xalq tərəfindən bir çeşmə düzəldilmişdir. Samsunda Qazi Muzeyində, Bandırma Gəmisinin eynən surətində və Tütün Estakadasındakı 19 mayda Atatürkün Samsuna gəlişini təmsil edən heykəllər arasında onun müxtəlif heykəlləri yer almışdır.