Kametaro Toyama

Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro?, 23 oktyabr 186729 mart 1918)Yaponiya genetikizooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur.

Kametaro Toyama
Doğum tarixi 23 oktyabr 1867(1867-10-23)
Vəfat tarixi 29 mart 1918(1918-03-29) (50 yaşında)
Vətəndaşlığı
Elm sahələri Genetika, Baramaçılıq
İş yeri
  • Tokio İmperiya Universiteti[d]

Karyerası[redaktə | mənbəni redaktə et]

Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur.[1] O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə[a] daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur.[2] 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur.[1] Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur.[2]

7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür.[2] Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir.[2] O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır. 1905-ci ilin sentyabrında Tokio Universitetinin Kənd Təsərrüfatı Kollecində işləməyə başlamış və 1908-ci ildə kollecin professoru olmuşdur.[2] 1910-cu ildə Yaponiya hökuməti tərəfindən baramaçılıq islahatları üçün İstehsal Sorğusu Komitəsinə dəvət olunmuşdur.[2]

Elmi töhfələri[redaktə | mənbəni redaktə et]

Toyama tədbiqi yevgenika sahəsindəki araşdırmalarına və təcrübələrinə görə tanınır.[1] O, İşikava Çiyomatsunun himayəsi altında Tokyo Universitetinin Kənd Təsərrüfatı Kollecinin Zoologiya İnstitutunda ipəkqurdu spermatozoidinin inkişafını araşdırmış və "İpəkqurdu spermatozoidi haqqında" adlı dissertasiya işini tamamlamışdır.[2] Siamda olarkən yerli ipəkqurdu növlərini araşdırmış və irsiyyətin xromosom nəzəriyyəsini inkişaf etdirmişdir.[2] 1898–99-cu illərdə temperaturla baramaçılıq arasında əlaqə, ipəkqurdu yumurtalarının inkubasiyası, sürfə xəstəlikləri haqqında elmi işlər yazmışdır.[2] 1906-cı ildə "Həşəratların hibridologiyası haqqında araşdırmalar" adlı dissertasiya işi tamamlamışdır.[2]

Toyama ipəkqurdu cinsləri üzərində işləyərkən Mendel qanunlarının cücülərə tətbiq olunduğunu kəşf etmişdir.[1] O, mendelizmin yevgenika sahəsində tətbiqini dəstəkləmişdir.[1]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Daha sonra Tokio Universitetinin Kənd Təsərrüfatı Kolleci.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 4 5 6 7 8 9 10 Onaga, Lisa. "Toyama Kametaro and Vernon Kellogg: Silkworm Inheritance Experiments in Japan, Siam, and the United States, 1900-1912". Journal of the History of Biology (ingiliscə). 43 (2). yay 2010: 215–264. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2022.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]