Kameya Tokuciro (龜谷 徳次郎?, 1825[1] – 1884[1], Vladivostok) – Yaponiya fotoqrafı. Əsasən Naqasakidə fəaliyyət göstərmişdir.
Kameya Tokuciro | |
---|---|
yap. 亀谷 徳次郎 | |
Doğum tarixi | 1825[1] |
Vəfat tarixi | 1884[1] |
Vəfat yeri |
|
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1862–1884 |
Kameya Tokuciro 1825-ci ildə doğulmuşdur. Fotoqrafiyanı Decima adasında hollandlardan öyrənmişdir. 1862-ci ildə Tomişiqe Rihey onun şagirdi olmuş, ondan fotoqrafiyanı öyrənmişdir.[2] O, 1868–1869-cu illərdə Naqasakidə yenə Kameyanın şagirdi olmuşdur.[3] Kameya 1862-ci ildə Kiotoya köçərək şəhərdəki ilk kommersiya məqsədli fotostudiyanı açmışdır. Onun daha öncə Naqasakidə fotostudiyada açdığı güman olunur.[2]
Kameya 1868-ci ildə Naqasakiyə qayıdaraq şəhərin Kinoşita bölgəsində yeni fotostudiyanın əsasını qoymuşdur. Vladivostokda fotostudiyanın filialını açmışdır. 1884-cü ildə Vladivostokda ölmüş və fotostudiyası fəaliyyətini dayandırmışdır.[2]
Qızı Kameya Toyo (龜谷とよ?, 1852–1885) atasının Naqasaki studiyasında ona kömək etmişdir və Yaponiyanın ilk qadın fotoqraflarından biri hesab olunur. Kameya ailəsi 1871-ci ildə Yoşii Teycironu (吉井禎次郎?) övladlığa götürmüşdür. O, Kameya Teyciro adını götürmüş və Naqasaki studiyasında işləməyə başlamışdır. 1880-ci ildə fotostudiyanın Koreya filialını açmış, lakin 1885-ci ildə ölmüşdür.[2]