Kamran Baxşızadə

Kamran Baxşızadə (d.4 oktyabr 1989, Şıxmahmud, Babək rayonu, Naxçıvan MR) — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi [1]

Kamran Baxşızadə
Şəxsi məlumatlar
Doğum tarixi (34 yaş)
Doğum yeri Babək rayon Şıxmahmud kəndi
Atası İsa Baxşızadə
Hərbi fəaliyyəti
Qoşun növü Xüsusi Təyinatlı Qüvvələr
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamran İsa oğlu Baxşızadə 4 oktyabr 1989-cu ildə Naxçıvan MR-sı Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. O, 2004-2007 ci il H.Əliyev adına hərbi liseydə oxumuşdur. Burada təhsilini başa vurduqdan sonra 2007-2011-ci illər Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 2011-2012 ci illər Silahlı Qüvvələrin TTM-də dinləyici olmuşdur. Kamran Baxşızadə 2012-ci ildə Füzuli rayonu N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etmişdir. 2012-cü ildən o, Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılmış və kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına qəbul olunmuşdur.

Aprel döyüşləri[redaktə | mənbəni redaktə et]

Baxşızadə Kamran bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. O, 2016-cı il aprel ayının 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak etmiş, Talış kəndindəki yüksəklikdə xəsarət almışdır. 2018-cı il may ayında ordu sıralarından ehtiyata buraxılmışdır

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Torpaq igidlərə əmanətdir". "Şərq qapısı" qəzeti. (#accessdate_missing_url)