Şıxmahmud

ŞıxmahmudNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kənd inzibati ərazi dairəsində kənd.[1]

Şıxmahmud
39°15′05″ şm. e. 45°25′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şıxmahmud xəritədə
Şıxmahmud
Şıxmahmud

Şıxmahmud kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Naxçıvan çayının sahilində yerləşən kənd öz adını oradakı Şıxmahmud pirinin adından almışdır.[2] Yerli əhalinin söylədiyinə görə kəndin adı bu ərazidə məskunlaşan ilk tayfanın başçısının adından götürülmüşdür. Həmin tayfa başçısının adı Şeyx Mahmud olmuşdur. Tarixən bu ərazi Şeyx Mahmudun adı ilə adlandırılmış və zamanla bu müəyyən tələffüz deformasiyalarına uğramış və Şıxmahmud formasını almışdır.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Şıxmahmud kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1876 Şıxmahmud nekropolu[3] I-III əsrlər Şıxmahmud kəndi Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Naxçıvan şəhərindən 5 km şimal-şərqdə, Naxçıvan-Şahbuz yolunun üzərində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 2645 1400 1245
2009[5] ↗3065 ↗1549 ↗1516

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Naxçıvan şəhəri ilə coğrafi yaxınlığı kənd əhalisinin sənaye və xidmət sahəsində də çalışmağına şərait yaratmışdır. Kənd təsərrüfatında əsasən əkinçilik — taxıl və bostan əkinçiliyi inkişaf etmişdir. Bununla yanaşı kənd əhalisi irbuynuzlu və xırdabuynuzlu mal-qaranın saxlanılması ilə də məşğuldur. Lakin təbii otlaq sahəsinin az olması maldarlıq sahəsinin inkişafının qarşısını alır. Kənddə yetişdirilən sarımsaq öz unikallığı ilə fərqlənir, Belə ki kənddə yetişdirilən sarımsağın bu növü Azərbaycanın digər bölgələrində "Şıxmahmud sarımsağı" adı ilə məşhurdur. Kənddə bu tərəvəz geniş bir şəkildə əkilir.

Kənddə poçt, avtomatlaşdırılmış telefon yarımstansiyası fəliyyət göstərir.

Kənddə Şıxmahmud kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]

Musiqi məktəbi fəliyyət göstərir.

Kənddə fəaliyyət göstərmiş məşhur təhsil ocaqlarından biri N.Rəfiyev adına Naxçıvan Sovxoz Texnikumu olmuşdur. Naxçıvan Sovxoz Texnikumu 1925-ci ildə yaradılmışdır. 1972-ci ildə Şıxmahmud kənd toxumçuluq təsərrüfatı ilə birləşdirilərək sovxoz-texnikum adlandırılmış və Şıxmahmud kəndinə köçürülmüşdür. Akademiklər Həsən Əliyev, Həsən Abdullayev, professorlar Yunis Səfərov, Hacı Hacıyev, Paşa Zamanov, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi qəhrəmanları Məmməd Əsgərov, Narı Quliyeva orta ixtisas məktəbinin məzunlarındandır. Təhsil müəsissəsi 2002-ci ildən Naxçıvan Dövlət Texniki Kolleci adlanır. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərir.

Kənddə iki məscid mövcuddur.

Kənddə tibb məntəqəsi mövcuddur.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-16.
  2. Şıxmahmud // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  3. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  6. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]