Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
Kamran Nəbizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Kamran Telman oğlu Nəbizadə |
Doğum tarixi | 5 fevral 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
İxtisası | iqtisadiyyat, Dünya iqtisadiyyatı |
Fəaliyyəti | siyasətçi |
Atası | Telman Nəbiyev |
Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin]
1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin]
1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.[2]
1998-ci ildən 2003-cü ilə qədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.[2]
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.[2]
2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür[3].
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin[4].
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
2023-cü ilin sentyabr ayının 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib[5].
Ailəlidir, 3 övladı var[2].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |