Kamran Quliyev (d. 3 oktyabr 1990, Tiflis, Gürcüstan SSR) — azərbaycanlı televiziya və radio aparıcısı, "Eurovision-2015"in ən gənc şərhçisi.[1][2]
Kamran Quliyev | |
---|---|
Kamran Nəriman oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Gürcüstan SSR, SSRİ, |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | magistr |
Fəaliyyəti | televiziya aparıcısı |
Fəaliyyət illəri | 2009 - günümüz |
Kamran Nəriman oğlu Quliyev 3 oktyabr 1990-cı ildə Tbilisi şəhərində dünyaya göz açıb. Evlidir.[3]
Bakı şəhər 246 saylı orta məktəbdə (1995-2006) təhsil alıb. Bakalavr təhsilini (2008-2012) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır.[4] Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən biri hesab edilən Avropa Universitetində isə (2015-2016) magistr dərəcəsini qazanmışdır.[5]
2009-cu ildə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı kimi fəaliyyətə başlamışdır.[6]
2017-2019-cu illərdə Bakı Biznes Universitetinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda (2017-ci ildən) AY Media Group MMC-nin rəhbəridir.[7][8]