Bakı Biznes Universiteti — 1993-cü ildə yaradılan və Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.
Bakı Biznes Universiteti BBU | |
---|---|
Bakı Biznes Universiteti | |
| |
Şüar | Elm Həvəsində! Təhsildə irəliləyiş! Yenilikdə birincilik! |
Əsası qoyulub | 21 mart 1992 |
Rektor | İbad Abbasov |
Tələbə sayı | 3.750 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 88A |
Metro | 20 yanvar və İnşaatçılar |
Sayt | bbu.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı Biznes Universiteti 1993-cü ildə təsis edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınaraq institut statusu ilə fəaliyyətə başlamışdır.
Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.
Universitetin bütün korpus və köməkçi binaları Yasamal rayonunda, 20 Yanvar və İnşaatçılar metrostansiyalarının arasında yerləşməkdədir. Həmçinin, universitetin kampusunda gəzinti Bağçası, elm parkı, meydan, idman stadionu, oyun meydançası və s. yerləşir.
Bakı Biznes Universitetinin kitabxanası var. Burada çox sayda kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.
Universitetdə 3 yeməkxana mövcuddur.
Universitetin kampusunda 1 meydança, stadion, oyun meydançası, bağ və gəzinti yeri mövcuddur.
Klublar:
Təhsil sahəsində bir sıra TEMPUS layihələrinin, Mövlanə, Erasmus+"kimi mübadilə proqramlarının tərəfdaşı olan Bakı Biznes Universiteti Avropa və Asiya universitetləri ilə əməkdaşlıq edir.