Kapitan (film, 2017)

Kapitan (alm. Der Hauptmann‎) — Almaniya, PolşaFransa dram filmi. Robert Şventkenin rejissorluğu və ssenaristliyi ilə Freyder Şlayx tərəfindən çəkilən filmin baş rollarında Maks Hübaşer, Milan Peşel, Fredrik Lau, Bernd Hölşer, Valdemar Kobus, Aleksandr FehlinqSemyuel Finzi var. Film İkinci Dünya müharibəsinin son həftələrində Lüftvaffe zabiti cildinə soxan və Emslandlager həbs düşərgələrinin birində məhkumları kütləvi şəkildə öldürən alman əsgər və müharibə cinayətkarı Villi Herold haqdadır.

Kapitan
alm. Der Hauptmann
ABŞ buraxılşının rəsmi afişası.
ABŞ buraxılşının rəsmi afişası.
Janr Dram
Rejissor Robert Şventke
Prodüser Freyder Şlayx
Əsərin müəllifi Floryan Ballhaus
Ssenari müəllifi Robert Şventke
Baş rollarda Maks Hübaşer
Milan Peşel
Fredrik Lau
Bernd Hölşer
Valdemar Kobus
Aleksandr Fehlinq
Semyuel Finzi
Operator Mikal Çarneki
Bəstəkar Martin Todşarov
İlk baxış tarixi
Müddət 118 dəqiqə
Gəlir 241 min 358 $[2]
Ölkə
Dil Alman dili
İl 2017
Rəng Rəngli
IMDb ID6763252

1945-ci ilin aprel ayında, müharibənin son həftələrində, gənc Lüftvaffe Falşirmyegeri (paraşütçü-desantçı) Villi Herold nasist hərbi polis desant-təxribatçı dəstəsinin qızğın təqibinə məruz qalır. Fərari olan Herold onu öldürmək istəyən hərbi polislərdən qaça bilir. Onlardan qaçdıqdan sonra Herold içərisində Lüftvaffe kapitanı geyimi olan tərk edilmiş bir avtomobil tapır. Herold formanı geyinir və özünü kapitan kimi aparır, Almaniyanın şəhərətrafı əraziləri boyunca hərəkət edərək bir neçə əsgəri öz dəstəsinə alır. O, yalan danışaraq deyir ki, fürer Adolf Hitlerin birbaşa əmri ilə cəbhənin arxasındakı vəziyyəti qiymətləndirir. İlkin mərhələdə yerli əhaliyə yağmaların azalmasıyla bağlı söz verməsinə baxmayaraq, o, daha sonra despotikləşir və daha çox əsgəri öz dəstəsinə alır. O, öz dəstəsini Herold döyüş qrupu (alm. Kampfgruppe Herold‎) adlandırır. Bu dəstənin üzvləri arasında Heroldun sürücüsünə çevrilən və ürəyiyumşaq, yaşlanan bir atıcı olan Freytaq və sadist sərxoş Kipinski var. Herold döyüş qrupu axırda, edam edilməyi gözləyən fərarilərlə dolu bir alman həbs düşərgəsini tapır və oradakı fəaliyyətin idarəsini öz əlinə alır.

Həbs düşərgəsində olarkən Herold onlarla məhbusun edam edilməsi əmrini verir, Kipinski isə baş cəllad olur. Əldə etdiyi bu səlahiyyət Heroldun ağlını getdikcə daha çox itirməsinə səbəb olur. Həbs düşərgəsində qaldıqları müddətdə Freytaq Herolddan şübhələnməyə başlayır və bir dərzinin onun şalvarının ayaq hissələri qısaldmasını gördükdən sonra anlayır ki, kapitan formasını Heroldun deyil. Nəticədə, həbs düşərgəsi Böyük Britaniya ordusunun artilleriya atəşi nəticəsində məhv edilir, Herold döyüş qrupu isə yerli bir qəsəbəyə keçir. Orada olarkən, qrupun üzvləri yerli əhalini soyur və qəsəbənin ən böyük otelində Herold xüsusi birliyi və sürətli məhkəməsi (alm. Sonderkommando und Schnellgericht Herold‎) adlı əvəzləyici bir idarə təsis edir. Herold Kipinskinin edam edilməsi əmrini verir. Qrup kefcillik və pozğunluqdan ibarət bir gecə keçirdikdən sonra, səhərisi gün onların qaldığı otel Vermaxt qoşunlarının başqınına məruz qalır və Herold polis nəzarətinə alınır. Herold məhkəmə prosesində iddia edir ki, o, alman xalqını müdafiə etmək üçün bu işləri görüb və məhkəmə işi kəsilməzdən əvvəl pəncərədən qaçır. Herold axırıncı səhnədə insan sümükləriylə dolu bir meşədə yeriyir. Titrlarda auditoriyaya bildirilir ki, Herold və onun şərikləri Antihitler koalisiyası tərəfindən yaxalanır və ölüm hökmüylə cəzalandırılır.


Aktyor Rol
Maks Hübaşer Villi Herold Villi Herold
Milan Peşel Freytaq Freytaq
Fredrik Lau Kipinski Kipinski
Bernd Hölşer Şütte Şütte
Valdemar Kobus Hansen Hansen
Aleksandr Fehlinq Cunker Cunker
Semyuel Finzi Rocer Rocer
Miroslav Dunça Həbsxana qəyyumu
  1. Pond, Stiv. "Aaron Sorkin, Brie Larson, Louis CK Movies Added to Toronto Film Festival Lineup". The Wrap. 15 avqust 2017. 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
  2. "Der Hauptmann". The Numbers. 2020-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]