Karadeniz Texniki Universiteti

Karadeniz Texniki Universiteti (KTU) — Türkiyənin Qara dəniz bölgəsində, Trabzonda yerləşən dövlət tədqiqat universiteti. 1955-ci ildə qurulan bu universitet Türkiyənin dördüncü ən qədim universitetidir.

Karadeniz Texniki Universiteti
KTÜ
Karadeniz Teknik Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub 20 may 1955
Tələbə sayı 7.115[2]
Ölkə
Sayt ktu.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetdə 80 kafedra, 12 fakültə və 6 aspirantura var. 2,159 müəllim heyəti və 31,858 tələbəsi ilə Karadeniz Texniki Universiteti Türkiyənin ən böyük universitetlərindən biridir.[4]

20 may 1955-ci ildə qurulan Karadeniz Texniki Universiteti (KTU) Türkiyənin dördüncü ən qədim universiteti və İstanbulAnkaradan kənarda qurulan ilk universitetdir.

1963-cü ildə universitetdə Təbiət Elmləri, İnşaat-Memarlıq, Maşın və Elektrik Mühəndisliyi və Meşəçilik fakültələri, 10 il sonra 1973-cü ildə Yer Elmləri və Tibb fakültələri açıldı. [5]

Daha sonra Hacettepe Universiteti, Trabzon Universiteti Tibb fakültəsi və KTU Tibb və Sağlamlıq Elmləri fakültələri birləşdirilərək KU Tibb fakültəsi yaradılmışdır.

Sonrakı illərdə Qara Dəniz Bölgəsinin bir çox əyalətlərində KTU-nun tərkibinə daxil olan fakültələr və kolleclər açıldı.

KTU 1982-2006-cı illər arasında regional universitet kimi fəaliyyət göstərib və strukturunda Artvin Çoruh Universiteti, Giresun Universiteti, Gümüşhane Universiteti, Ordu Universiteti, Rəcəb Tayyib Ərdoğan Universiteti və Trabzon Universiteti də daxil olmaqla 6 universitet qurulub. KTU xüsusilə mühəndislikmemarlıq sahələrində Türkiyənin qabaqcıl təhsil ocaqlarından biridir.[5] Türkiyənin bir çox universitetinin akademik infrastrukturunu təşkil edir.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

KTU-də bakalavr, magistraturadoktorantura proqramları tədris olunur.

Universitetdə 12 fakültə, 1 kollec, 8 peşə kolleci və 6 institut var. Ölkənin hər yerindən və müxtəlif ölkələrdən gələn 2250 müəllim heyəti və 30 minə yaxın tələbəsi ilə Türkiyənin əhəmiyyətli universitetləri arasındadır.[6]

Universitetdə tədris dili türk və ingilis dillərindədir. Yeni inkişaflara uyğun olaraq, şöbələrə yeni daxil olan tələbələr bakalavr təhsilinə başlamazdan əvvəl ingilis dili hazırlıq proqramında iştirak etməlidirlər. Bəzi aspirantura kursları da ingilis dilində tədris olunur. Bundan əlavə, İnşaat Mühəndisliyi və Elektrik-Elektronika Mühəndisliyi proqramları üzrə bakalavr səviyyəsində təhsil 100% ingilis dilində keçirilir.

Həmçinin, universitetin dil mərkəzi pulsuz türkcə müxtəlif kurslar təklif edir.[7]

  • Abdullah Kanca Peşə kolleci
  • Arsin Peşə kolleci
  • Beşikdüzü Peşə kolleci
  • Sağlamlıq xidmətləri Peşə kolleci
  • Maçka Peşə kolleci
  • Trabzon Peşə kolleci
  • Vakfıkebir Peşə kolleci
  • Turizm və Otelçilik Peşə kolleci
  • Təhsil Elmləri İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu
  • Elm və Texnologiya İnstitutu
  • Sosial Elmlər İnstitutu
  • Məhkəmə Elmləri İnstitutu
  • Karadeniz Tədqiqat İnstitutu
  • Dəniz Elmləri və Texnologiyaları İnstitutu

Tədqiqat və Tətbiq mərkəzləri

[redaktə | mənbəni redaktə et]
  • Atatürk Prinsipləri və İslahatları Tarixi
  • Kompüter Elmləri
  • Kompüter, Dizayn-mühəndislikliyi və İstehsal
  • Coğrafi informasiya sistemləri
  • Ekoloji məsələlər
  • Dəniz Ekologiyası
  • Elektron Rabitə sistemləri
  • Fındıq - Çay araşdırmaları
  • Xəstə hüquqları
  • Qadın hüquqları
  • Orqan transplantasiyası
  • Qara dəniz, Qafqaz və Mərkəzi Asiyaşünaslıq
  • Materialşünaslıq və istehsal texnologiyası
  • Məktəbəqədər təhsil
  • Meşə təsərrüfatı
  • Xarici dillərin tədrisi
  • Strateji tədqiqat
  • Davamlı təhsil
  • Türkşünaslıq
  • Distant təhsil

Kampus sahəsi tədricən genişlənir və bir çox sosial, mədəni və idman tələbləri yerinə yetirilməklə, meşəliklərin və oyun meydançalarının yaşıllıq zolağında yerləşən görkəmli bir məkana çevrilib. Universitetin kampusu dünyanın ən yaxşı kampuslardan biri hesab olunur.

Əsas kampusdan 2 km. aralıda yeni kampus tikilib və burada müxtəlif tədris sahələrində bir çox şöbələri olan tədris fakültəsi yaradıldı. Karadeniz Texniki Universiteti hələ də yeni bölmələrin tətbiqi ilə genişlənməkdədir.

Trabzon vilayətinin müxtəlif bölgələrində paylanmış 9 kampus var:

  • Kanuni Kampusu
  • Sağlamlıq Kampusu
  • Akçaabat Kampusu
  • Sürmene Kampusu
  • Muammer Dereli Kampusu
  • Of Kampusu
  • Araklı Kampusu
  • Maçka Kampusu
  • Arsin Kampusu
  • Sahil Kampusu

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qurulduğu gündən etibarən Karadeniz Texniki Universiteti beynəlxalq əməkdaşlıqda fəal iştirak edir.

Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Son bir neçə ildə Yaponiya, Orta Asiya Türk Cümhuriyyətləri və bir çox Avropa ölkələrinin universitetləri ilə əməkdaşların və tələbə mübadiləsinin aparıldığı beynəlxalq fəaliyyətlərdə böyük artım olmuşdur. Türkiyədə Sokrat-Erasmus proqramına qatılan ilk universitetlərdəndir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]