Karavacco (film,1986)

Karavacco (ing. Caravaggio) — 1986-cı il tarixli ingilis tarixi-dram filmi. Film bölümlərə bölünmüş tərzdə çəkilmişdir.

Karavacco
ing. Caravaggio
Janr dram filmi[1], bioqrafik film[2], tarixi dram, LGBT mövzulu film[d]
Əsas mövzu Karavacco
Rejissor Derek Carmen
Baş rollarda
İstehsalçı British Film Institute[d]
Distribütor Netflix
İlk baxış tarixi 1986, 22 yanvar 1987[3]
Müddət 93 dəq., 90 dəq.
Gəlir 240.000 £
Ölkə Birləşmiş Krallıq
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0090798

Film Karavacconun sürgündə zəhərlənməsi ilə başlayır. Filmdə Karavacco içkiyə, qumara və davaya meyilli kimi göstərilir. Dini rəsimləri üçün evsizlərdən, sərxoş və fahişələrdən model kimi istifadə edir. Tez-tez bu modellərlə (həm kişi, həm qadın) əlaqədə olmağa meyil edir. Sənət dünyasında Karavacco kobud biri olaraq qəbul olunur.

Bir gün muzdlu küçə döyüşçüsü Ranussio model və potensial sevgili kimi Karavacconun diqqətini çəkir. Ranussio sevgilisi Lena ilə Karavacconu tanış edir. Həm Ranussio, həm də Lena ayrı vaxtlarda Karavacco ilə öpüşərkən hər iki sevgili bu səhnəyə şahidlik edir. Bundan sonra hər iki sevgilidə Karavaccoya qarşı qısqanclıq yaranır. Bir günü Lena hamilə olduğunu deyir, amma uşağın atasının kim olduğunu demir. Varlı bir zadəgən ilə yaşamağa başlasa da, tezlikdə boğulmuş meyiti tapılır. Karavacco ölümündən sonra kədərli şəkildə Lenanı təsvir edir. Ranussio Lenanı öldürməkdə təqsirli bilinərək həbs olunur, ancaq Ranussio bunu rədd edir. Karavacco Ranussionu xilas etmək üçün papaya müraciət edir. Ranussio azadlığa çıxandan sonra Karavaccoya Lenanı öldürdüyünü etiraf edir. Cavab olaraq Karavacco Ranussionun boğazını kəsməklə onu öldürür.

Filmin sonlarında ölüm döşəyində olan Karavacconun rahiblər tərəfindən ona təlqin olunan son ayinləri rədd etməyə çalışdığı göstərilir.