Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur.
Karden Volles | |
---|---|
Doğum tarixi | 1946 |
Uşağı | 2 |
Təhsili |
|
Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur.[1]
1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.[2]