Kari gölü (erm. Քարի լիճ, Kari-liç) — Yüksəklikdə yerləşən dağ gölü, Ermənistan ərazisində yerləşir. Alagöz dağının ətəklərində qərarlaşır. Əsasən qar suları ilə qidalanır. Qışda tamamən buzla örtülü olur. Yüksək dağ qurşağında yerləşməsi bunu labüd edir. Dəniz səviyyəsindən 3207 metr yüksəklikdə, dağ zirvələri arasında qərarlaşır. Gölün sahil xəttinin uzunluğu 1150 metrdir. Maksimal dərinliyi 8 metr, gölün sahəsi 30 ha-dır. Gölün su tutumu 357 min km² təşkil edir[1][2]. Göl buzlaq məşəllidir. Buzlağın ekzarasiya fəaliyyəti nəticəsində yaranmışdır. Gölə Babakişi kəndindən asfalt yolla gəlmək olar (Kənd tarixi Azərbaycan torpağıdır. Buraya ermənilər sonradan Türkiyə ərazisindən köçürülmüşlər). Gölün şərq sahilində meteroroloji stansiya fəaliyyət göstərir.
Karı gölü | |
---|---|
erm. Քարի լիճ | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1 896 m |
Sahil uzunluğu | 1,15 km |
Sahəsi |
|
Həcmi | 0,357 hm³ |
Dərin yeri | 8 m |
Yerləşməsi | |
40°28′24″ şm. e. 44°10′51″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | |
Yerləşməsi | Kiçik Qafqaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dördüncü dövr buzlaşması zamanı Cənubi Qafqazın böyük qismi buzlaşmaya məruz qalmışdı. Gölün yerləşdiyi ərazidə istisna deyildi. Təxminən 9 min il öncə istiləşmə ilə əlaqədar buzlaqlar əriməyə başlamışdır. Buzlaqların ərinəsi ilə əlaqədar bölgənin relrefi formalaşmağa başlayır. Buzlaqlar əriyərək dərələri doldurur. Bölgədə yerləşən göllərin böyük əksəriyyəti bu tiplidir. Kiçik Qafqazın Zəngəzur silsiləsi, Geğam silsiləsi, Alagöz silsiləsi və digər silsilələrdə bu tip göllər vardır.
Ələyəz vulkanı ətrafında çoxlu sayda göllər vardır. Bəzilərinin sahəsi isə hətta kifayət qədər böyükdür. Lakin gözəllik və əsrarəngiz görünüş baxımında ən gözəli Karidir. Gölün yerləşdiyi ərazi əsasən vulkan məşəlli suxularla örtülüdür.
Gölün hazır ki adı erməni dilindən tərcümədə daşlı göl və ya daş gölü mənasını verir. Bu millətin düşüncəsinə görə gölü daş çayları qidakandırır.