Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr.
Karlşteyn qəsri | |
---|---|
Karlštejn | |
49°56′22″ şm. e. 14°11′16″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Yerləşir | Orta Çexiya diyarı |
Tikilmə tarixi | 1348 |
Üslubu | Qotika-İntibah |
Vəziyyəti | Muzey |
Rəsmi sayt | hrad-karlstejn.cz |
İstinad nöm. | 2-327 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Onun tərtibatı üçün ən yaxşı saray ustaları dəvət edilmişdi, bu, IV Karlın topladığı Müqəddəs Roma imperiyasının reqaliya və relikviyalarının saxlandığı ən təmtəraqlı qəsrlərdən biri idi. Qəsr Berounka çayının 72 metrlik əhəng qayasının üstündəki terraslar üzərində inşa edilib.
Karlşteyn qəsri Praqadan 30 km cənub-qərbdə Berounka çayının sol tərəfində, 8,5 km Berona şəhərindən aralı yerləşir. Bu çex qala-qəsrlərindən ən məşhurudur, çünki, müqəddəs relikvilayalrın və imperiya reqaliyalarının saxlanması, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün yaradılan kral qəsri sayılır. Bu qəsr Çexiya dövlətçiliyi rəmzidir. Beronka çayından qəsrə qədər yol qəsrlə eyni adlı Karlşeyn kəndindən keçir, yolun kənarında çoxsaylı suvenir satıcılarını və kiçik restoranları görmək olar. Bu yolla gedəndə nədənsə, Kafkanın, barəsində yazdığı qəsrin təsəvvürü yaranır.
Karlşteyn qəsrinin əsası 1348 ildə IV Karl tərəfindən qoyulub. Karlşteynin ilk daşı (yeri gəlmişkən qəsrin adı “Karlın daşı” kimi tərcümə edilir) kralın ən yaxın məsləhətçisi olan Praqanın ilk arxiyepiskopu, Pardubitesdən olan Arnoşt tərəfindən qoyulub. Tikintisi 17 il davam edən qəsrin, bu vaxt ərzində 5 əsas obykti tikilib: Studniçnı qulləsi, burqqraflıq, kralın otaqları yerləşən imperator sarayı, Kiçik qullə, və, ortasında məşhur müqəddəs Xaç saat ibadədgahı olan Böyük qullə. 1365 ildə “qəsrin ürəyi” olan müqəddəs Xaç ibadətgahının xeyir duası verilib və elə həmin gün bura koronasiya reqaliyaları gətirilib. Məhz bu kapellaya saxlanmaq üçün Avropanın ən qiymətli taclarından biri – Müqəddəs Roma imperiyasının tacı qoyulub. Bütünlüklə isə tikinti 20 ildən sonra bitirilib. Tikintinin bitirilməsi ilə eyni vaxtı qəsrin interyerlərinin tərtibatı və bəzədilməsi aparılıb.
Karlşteynə imperator bütün xristianlıq üçün ən qiymətli şeyləri toplayırdı: müqəddəs Longinin nizəsi, üzərində mismarların izləri olan İsa Məsihin ağacdan xaçının bir parçası, Mantuyada benediktlilərin müqəddəs Andre monastırından süngər, və Parisin Sen-Şapel kilsəsində saxlanan və fransız kralı tərəfindən hədiyə edilən Məsihin tacından iki tikan. XIX əsrdə qəsrin romantik bərpası aparıldı ki elə onda Karlşteyn müasir görünüşünü aldı. Qəsrin tərtibatında M.Vürmser, T. da Modena, eləcə də çex qotik sənəti rəssamlarının ən məşhuru -Master Teodorik iştirak etmişlər. İnteryerlərin unikal tərtibatına görə o Mojinedə mülklə və başqa imtiyazlarla təltif edildi. O vaxt Karl, qəsrdə tez tez dayanaraq şəxsən işlərin bitirilməsinə nəzarət edirdi. Sonuncu dəfə 1346 ildəki ölümündən iki il əvvəl, öz(ikinci nigahından olan) oğlu və varisi, özü kimi qəsrdə olmağı xoşlayan IV Vatslavla birgə qalmışdı. Vatslav qəsrə arvadı ilə birgə gəlməyə xoşlayardı.