VI Karl (ing. Charles VI) (1 oktyabr 1685[1][2][…], Vyana[4] – 20 oktyabr 1740[1][3][…], Vyana[4]) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Eleonora Maqdalenadır.
VI Karl | |
---|---|
alm. Karl VI. | |
| |
1711 – 1740 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1685[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1740[1][3][…] (55 yaşında) |
Vəfat yeri | |
Atası | I Leopold (Müqəddəs Roma imperatoru) |
Anası | Düsseldorflu Eleonora Maqdalena |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
İspaniya kralı II Karlın varis qoymadan vəfat etməsinin ardından taxt uğrunda mübarizəyə girişsə də, məğlub oldu. Həm özünün, həm də sələfi olan qardaşı I Jozefin oğul varisinin olmaması səbəbilə, 1713-cü ildə yeni bir qərarnamə yazdı. Beləcə, öz qızlarını vərasət sırasında qardaşının qızlarından daha yuxarı pilləyə yüksəltdi və bu qərarını digər Avropa monarxlarına da təsdiq etdirdi. Ancaq daha sonra Fransa, İspaniya, Bavariya və Prussiya bu qərarı tanımaqdan imtina etdilər. Nəticədə Karlın vəfatından sonra xələfi olan qızı Mariya Tereza 8 il boyunca Avstriya taxtı uğrunda mübarizə aparmalı oldu.