Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur.
Qəsr | |
---|---|
alm. Das Schloss | |
Müəllif | Frans Kafka |
Orijinal dili | alman dili |
Yazılma ili | 1922 |
Nəşr ili | 1926 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib.
Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəsi diskussiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məktəb qulluqçusu kimi qalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır.
Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır. Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır.
Prosesin gedişi K.nın gecələrin birində Qəsr məmurlarının birini yanına çağırılması ilə dəyişir. Bu zaman ö öz durumunu yaxşılaşdırmaq şansını əldən verir. Təsadüfi olaraq o səhv qapını açır və beləliklə, başqa daha çəkili məmurla rastlaşır. Ancaq söhbət zamanı onu yorğunluq basır. O Qəsrə daxil olmaq üçün əlinə düşən yeganə imkanı buraxır. Kənd icmasına da o yaxınlaşa bilmir. Qəsrdə baş verən mürəkkəb proseslərə müadixlə imkanlarını əldən verərək düşdüyü vəziyyət, K.-da öz düşüncəsinə inamsızlıq yaradır.
Bununla fraqment başa çatır. romanın Kafka tərəfindən yazdığı sonluğu yoxdur. Kitab onun ölümündən sonra Maks Brod tərəfindən rekonstruksiya edilib. Belə ki, kitabın sonunda K. yedinci gün fiziki və mənəvi üzülmədən sonra, həm gün ki, Qəsr ona icmaya daxil olma üçün etdiyi cəhdləri nəzərə alaraq yarım yaşamaq haqqı verdiyi anda, o vəfat edir.