Karl Konstantin Henrix Şteffek (alm. Carl Constantin Heinrich Steffeck; 4 aprel 1818[1][2][…], Berlin[4] – 11 iyul 1890[1][2][…], Köniqsberq, Prussiya[4]) — Almaniya animalist rəssamı, portretçi və qrafik. İlk növbədə atlar və itlər təsvirləri ilə məşhurdur.
Karl Şteffek | |
---|---|
alm. Carl Steffeck | |
Doğum adı | Carl Constantin Heinrich Steffeck |
Doğum tarixi | 4 aprel 1818[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 1890[1][2][…] (72 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, universitet müəllimi[d] |
Janr | tarix rəssamlığı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Sənətə həvəsi olan rantyenin oğlu Karl Şteffek hələ gimnaziya illərində Prussiya İncəsənət Akademiyasında tez-tez olurdu. 1837-ci ildə rəssam Frants Krügerin şagirdi oldu və daha sonra Karl Beqasın emalatxanasında işləməyə başladı. 1839-cu ildə Şteffek Paris şəhərinə yollandı və orada iki ay Pol Delaroşun yanında şagirdlik etsə də, daha çox Oras Vernenin sənəti ilə maraqlanırdı. 1840–1842-ci illərdə İtaliya üzrə səyahət edirdi.
Səfərdən qayıtdıqdan sonra ov və heyvan rəsmlərini çəkdi. Bu janrla yanaşı, "Albrext Axil ştandart uğrunda nürnberqistlərə qarşı mübarizədə" (1848) adlı böyük tarixi rəsm əsəri yaratdı, hansını ki 1864-cü ildə Berlin Milli Qalereyası əldə etdi. 1850-ci illərin əvvəllərindən Şteffek naqqaşlıq üzrə dərslər verməyə başladı. Onun tələbələri arasında Hans fon Mareyes və Maks Liberman var idilər. 1859-cu ildə Şteffek Berlin Akademiyasında professor adını aldı, 1880-ci ildə Köniqsberq Rəssamlıq Akademiyasının rektoru təyin edildi.
1890-cı ildə qəflətən ürək tutmasından vəfat etdi və Berlindəki fransız qəbiristanlığında dəfn edildi. 1945-ci ilə qədər Köniqsberq küçələrindən biri Karl Şteffekin adını daşıyırdı, indi Kalininqraddakı Leytenant Katina küçəsidir.