Karl van Vexten (tam adı Carl Van Vechten; 17 iyun 1880 – 21 dekabr 1964) — Amerikan yazıçısı və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur.[1]
Karl van Vexten | |
---|---|
ing. Carl Van Vechten | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sidar-Rapids, Ayova, ABŞ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Nyu-York, Nyu-York ştatı, ABŞ |
Milliyyəti | Amerikan |
Təhsili | Çikaqo Universiteti |
Fəaliyyəti | yazıçı, fotoqraf, ssenarist, romançı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ayova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi.[2] O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini,[3] daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir.[4] 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur.[5] 1907-ci ildə operaya olan marağı onu Avropaya səyahət etməyə vadar edir.[1]
İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır.
1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü. Onlar uzun müddət dost idilər və ölümündən sonra Staynın kitablarını nəşr etdirdi. Eyni zamanda o, Afro-amerikan yazıçısı olan Nelli Larseni də dəstəkləyirdi.
1950-ci illərdə, yaşının çoxluğuna baxmayaraq, öz fikirlərini dəyişdirmədən Senator Makkartinin anti-kommunist tiradalarına qarşı çıxdı.
Karl van Vextenin əsərlərinin əksəriyyəti Yel Universitetində Baynerk Nadir Kitab və Əlyazma Kitabxanasında saxlanılır. Burada həmçinin "Yaşayan portretlər: Karl van Vextenin çəkdiyi Afro-amerikalıların rəngli fotoları, 1939-1964" adlı slayd da var. Bu kolleksiyada 1884 rəngli şəkil var.