Karlo Berqonsi

Karlo Berqonsi (it. Carlo Bergonzi; 13 iyul 1924) — italyan opera müğənnisi — tenor. Cüzeppe Verdinin operalarından partiyaların ifaçısı kimi tanınır. İtaliyanın Polezine-Parmense kommunasında dünyaya gəlmişdir. 14 yaşından Parm konservatoriyasında vokal dərsləri almağa başlayan müğənni ilk əvvəl bariton səs tembri ilə ifalara başlayır. İkincü denya müharibəsində Almaniya ərazisində əsir düşərgəsinə düşür. Müharibə bitdikdən sonra İtaliyaya qayıdaraq Breşi konservatoriyasında təhsilini davam etdirir. Onun ilk bariton kimi debütü 1947 ci ildə Berqonsidəki opera səhnəsində Sevilya bərbəri tamaşasında olur. Öz üzərində bir çox çalışdıqdan sonra 1951 ci ildən tenor kimi çıxışlar etməyə başlayır. Beləliklə o, 1953 cü ildə Milanda La Skala, 1956 cı ildə Nyu York da Metropoliten-opera, 1962 ci ildə isə Londonda Kovent-Qarden Kral Teatrı səhnələrində çıxışlar edir. 1960-1980 cı illər onun karyerasının çıçəklənən dövürləri sayılır: o mıhtəşəm opera səhnələrində çıxışlar edir, səsyazma studiyaları ilə müqavilələr, çoxsaylı solo konsertlər məhz bu illərə təsadüf edir. Özünün son vida konsertini o, 1996 cı ildə Berqonsidə vermişdir. Lakin 2000 ci ildə Nyu York səhnəsində “Otello” operasında baş rolda çıxış etmişdir. Bir çox mükafatlara layiq görülmüşdür, o cümlədən 2000 ci ildə Gramophone’s Lifetime Achievement Award mükafatını almışdır.

Karlo Berqonsi
it. Carlo Bergonzi
it. Carlo Bergonzi
Ümumi məlumatlar
Doğum tarixi (100 yaş)
Doğum yeri Polezine-Parmense, İtaliya
Vəfat tarixi 25 iyul 2014(2014-07-25)[1][2][…] (90 yaşında)
Vəfat yeri
Milliyyəti İtaliya İtaliya
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 1939-1975
Janr opera
Səs tembri tenor
Mükafatları "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı
carlobergonzi.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Addio a Carlo Bergonzi, tenore verdiano del secolo (it.). La Stampa, 2014.