Karlo Bilotti muzeyi (it. Museo Carlo Bilotti) — İtaliya-Amerika kolleksiyaçısı (1934-2006) Karlo Bilottinin topladığı rəssamlıq və heykəltaraşlıq əsərlərindən ibarət müasir incəsənət muzeyi. Muzey Roma şəhərində Villa Borqeze parkında yerləşir.
Karlo Bilotti muzeyi | |
---|---|
Museo Carlo Bilotti | |
Əsası qoyulub | 2006 |
Açılış tarixi | 1992 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | İtaliya Roma şəhəri Villa Borqeze parkı |
Kolleksiyası | 28 arxiv əşyası[2], 25 arxiv əşyası[3] |
Ziyarətçi sayı |
|
Direktor | İlma Rexo |
Telefon | +39-06-8205-9127[4] |
Bilet | 0 €[5][2][…] |
41°54′48″ şm. e. 12°29′00″ ş. u.HGYO | |
rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin yerləşdiyi şəhərkənarı ev əvvəllər varlı Çeuli ailəsinə məxsus olmuş, XVII əsrin əvvəllərində kardinal Şipione bu binanı və ona bitişik ərazini böyük Villa Borqeze parkını salmaq üçün aldıqdan sonra həmin bina Borqeze nəslinin ixtiyarına keçmişdir. XVIII əsrin son rübündə knyaz Markantonio Borqezenin (1730-1809) sifarişi ilə binada yenidənqurma işləri arapılmış, onun ətarfında isə heykəllər, fontanlar, müxtəlif bəzək ağacları ilə əhatə olunmuş park salınmışdır [6]. Yenidənqurma iki mərhələdə həyata keçirilmişdir. 1775-1779-cu illərdə həmin dövrün tanınmış rəssamlarının iştirakı ilə binanın daxili arxitektura quruluşu dəyişdirilmiş, evin divarlarında T.Kuntsenin, D.Kadesin, K.Unterpercerin rəsmləri çəkilmişdir. Sonralar, 1790-1793-cü illərdə orkestr üçün bina da tikilmişdir.
XIX əsrin ortalarına kimi burada çoxsaylı bayramlar, dünyəvi əyləncələr təşkil olunurdu. 1849-cu ildə Papa vilayətində baş vermiş burjua-demokratik inqilabı yatırılarkən bina fransız artilleriyasının atəşi nəticəsində dağıdılmış, binanın daxili bölmələri məhv olmuşdur. Sonralar ev daha primitiv formada bərpa olunmuş, sitrus və bəzək bitkilərinin saxlandığı oranjeriyaya çevrilmişdir.
1903-cü ildə Villa Borqeze parkı şəhərin mülkiyyətinə keçdikdən sonra burada müxtəlif binalar tikilmiş, bir müddət burada dini institut fəaliyyət göstərmişdir. 1982-ci ildən şəhər idarəçiliyinin idarəsi də burada yerləşir.
Parfümeriya və kosmetika istehsalı ilə məşğul olan sahibkar, kolleksiyaşı və xeyriyyəçi binada yenidənqurma işləri apardıqdan sonraburada 2006-cı ildə muzey yaratdı.
Muzeydə Karlo Bilottinin kolleksiyasından 22 əsər nümayiş etdirilir, onlardan 18-i Corco de Kirikonun əsəsridir. Muzeyin bir neşə zalı müasir rəssamların əsərlərindən ibarət sərgilərin təşkili üçün nəzərdə tutulmuşdur [7].
"Галерея экспонатов музея" (итал.). İstifadə tarixi: 2013-10-21.