Arxitektura

Memarlıq və ya arxitektura[1] (lat. architectura от q.yun. αρχιböyük, əsasq.yun. τέκτωνinşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi.[2]

Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir.[3]

"Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir.[4] XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır.[5] "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir.[6] Mənası — yüksək usta memar deməkdir.[7]

İnsanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Memarlıq tarixi

[redaktə | mənbəni redaktə et]

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri — kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II–I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX–VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların — məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V–VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV–VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.

Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı — Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"!

Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman üslubu və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modernhay-tek (high-tech) kimi üslubların yaranmasına gətirib çıxartdı.

Müasir dövrdə şəhərlərin və ya ölkənin xüsusi simvolları sayılan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.

Memarlar Günü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Memarlar Günü

Dünyada Memarlar Günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.

Memarlığı bəzən "donmuş musiqi" adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik Memarlıq üslubuna malikdir.

Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Misir öz Ehramları, ÇinBöyük Çin Səddi, Roma İmperiyası — Böyük KolizeyMüqəddəs Pyotr kilsəsi, Afina — qədim Akropol, ParisEyfel qülləsi ilə bütün dünyada məşhurdur.

  1. Архитектура // Новая иллюстрированная энциклопедия. Кн. 2. Ар-Би. — М.: Большая Российская энциклопедия, 2002. — 256 с.: ил. — С. 21–22. — ISBN 5-85270-192-0 (кн. 2), ISBN 5-85270-218-8.
  2. "Большой энциклопедический словарь". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
  3. "Memarlıq haqqında". 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
  4. "mimarlık". Nişanyan Sözlük. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  5. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
  6. "ἀρχιτέκτων Arxivləşdirilib 2023-04-05 at the Wayback Machine", in Liddell & Scott (1940) , Oxford: Clarendon Press
  7. Samirə Mir-Bağırzadə. İncəsənət tarixi Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine. Bakı, 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Urfan Məmmədov. "Memarlıq və Dizayn". Memarlıq bloqu (az.). memarliq.com. 2014. İstifadə tarixi: 2014-10-09.