Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978[1], Tallin[2]) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir[3].
Karmen Ka | |
---|---|
est. Carmen Kass | |
Doğum tarixi | |
Doğum yeri | Payde, Estoniya SSR, SSRİ |
Milliyyəti | eston |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1997-ci ildən |
Təhsili |
|
Boyu | 178 sm |
IMDb | ID0648345 |
Vikianbarda əlaqəli mediafayllar |
Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi.
Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur[3].
14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
2000-ci ildə Jizel Bündhendən bir il sonra VH1 / Vogue Model of Year mükafatını qazandı.
2010-cu ildə orta təhsili başa vurub ali təhsildə iştirak edəcəyini bildirdi[4].
Kas şahmatçıdır. Ardıcıl 8 il Estoniya Şahmat Federasiyasının prezidenti seçilmişdir və hazırda məsləhətçi kimi çalışır[5]. 2008-ci ildə Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün Tallində bir kampaniya aparsa da Drezden şəhəri qalib gəlir.
2004-cü il seçkilərində Res Publika Partiyasından Avropa Parlamentinə namizəd oldu. Estoniya seçicilərindən 2315 səs topladı, lakin Avropa Parlamentinə seçilə bilmədi[6].
2004-cü ildən 2014-cü ilə qədər Kas Alman şahmat qrossmeysteri Erik Lobron ilə münasibətdə idi[7][8].
Eston və İngilis dillərini sərbəst bilir. Rus və italyan dillərində isə danışır.
Qardaşı oğlu Antonio Sebastian Kas da model və musiqiçidir[9].