"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi.
Karnaval gecəsi | |
---|---|
rus. Карнавальная ночь | |
Janr |
komediya musiqili |
Rejissor | Eldar Ryazanov |
Ssenari müəllifləri |
Boris Laskin Vladimir Polyakov |
Baş rollarda |
İqor İlyinski Lüdmila Qurçenko |
Operator | Arkadi Kolsatı |
Bəstəkar | Anatoli Lepin |
Rəssamlar |
Konstantin Yefimov Oleq Qrosse |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 1956 |
Filmin növü | bədii film |
Müddət | 74 dəqiqə |
Ölkələr | SSRİ |
Dil | rus dili |
İl | 1956 |
Rəng | rəngli |
IMDb | ID0049397 |
Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir.
Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir. Ələlxüsus onun əvəzində belə quru və darıxdırıcı "nömrələrin" göstərilməsinə heç kim razı deyil. Kollektiv Oqursovun planlarını dağıtmaq üçün əlindən gələni edir. Onlar müxtəlif hiylələrə əl atır, Oqursovun fikrini səhnədən yayındırır, onu çaşdırır və Yeni ili əvvəl nəzərdə tutulduğu kimi əyləncəli şəkildə qeyd edirlər.
Karnaval gecəsi — 10 ən yaxşı filmdən biri