Öncəgörmə (film, 1993)

Öncəgörmə (rus. Предсказание) — rejissor Eldar Ryazanovun 1993-cü ildə RusiyaFransanın birgə istehsalı ilə lentə aldığı film.

Öncəgörmə
ing. The Prophecy
Janr melodram[d], triller filmi
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
İstehsalçı Mosfilm
İlk baxış tarixi 1993
Müddət 113 dəq.
Ölkələr
Dil rus dili
Rəng rəngli
IMDb ID0110883

Hadisələr 1990-cı illərin əvvəlində Moskvada cərəyan edir. Qaraçı qadın orta yaşlı yazıçının taleyi ilə bağlı öz öncəgörmələrini deyir: onu gözlənilməz görüş, böyük sevgi və tələsik ölüm gözləyir. Öncəgörmə həyata keçməyə başlayır: qəhrəman öz gəncliyi ilə qarşılaşır və əsl məhəbbətini tapır. Həyatının sonuncu günlərini yaşayaraq öz keçmişini canlandırır və yenidən mövcud olmağının itirilmiş mənasını əldə edir.

  • Film Eldar Ryazanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. bu povest ilk dəfə 1992-ci ildə "Gənclik" jurnalının birinci və ikinci nömrəsində dərc edilmişdi.[1]
  • Əsas qəhrəman Oleq Vladimiroviç Qoryunov rejissorun özünün prototipidir.[2]
  • Filmin premyerası məşhur "Kino Evi"ndə keçmişdir.[2]
  • Filmin çəkilişləri 1992-ci ilin sonunda başlamışdı.[3]
  • 1990-cı illərin əvvəlində "Ryazanov böhranı" hökm sürürdü. "Həsrəti çəkilən səmalar" filminin çəkilişi sayəsində rejissor böyük həcmdə əsəb və gücünü sərf etmişdi. Daha sonra ikinci həyat yoldaşı Ninanın ölümü Ryazanova ən ağır zərbə oldu. Lakin birdən Ryazanovun ağlına gəlir ki, qəmgin notlarla zəngin "Öncəgörmə"ni ekrana gətirmək və əsas rola "Veronikanın iki həyatı" filmində gördüyü[3] fransız aktrisası İren Jakobu çəkmək olar. İren xahiş edir ki, Ryazanovun əvvəlki işlərini ona göstərsinlər. Bir neçə filmə baxdıqdan sonra aktrisa çəkilişə razılıq verir. Sonralar o, etiraf edirdi ki, həmin vaxt ciddi mənəvi sarsıntı yaşayırmış və rus kinorejissorunun filmi ona yenidən qüvvə bəxş edərək həyata qaytarıb. "Öncəgörmə" filminə görə, İren Jakob "Nika" mükafatına namizəd olmuşdu.
  • Fransız əsilli[4] İsveç kinoaktrisası İren Jakob çəkiliş qrupundan Rusiyaya lazım olandan bir qədər tez gəlməsini xahiş etmişdi. O, öz qəhrəmanını yaratmaq üçün tanımadığı ölkəyə bələd olmaq və ənənəvi rus ailəsində yaşamaq istəyirdi.[3]
  • Ekran əsərləri ilə böyük tamaşaçı məhəbbəti qazanmış Ryazanovun bir sıra filmləri çəkildikdən sonra nümayiş olunmamışdı. "Öncəgörmə" filmi onlardan biri idi. Quruluşçu rejissor bununla bağlı məsələyə öz çıxışında belə münasibət bildirmişdi:[2]
" Bu məsələdə mənim ürəyim ağrıyır. Mən bunu heç zaman bağışlamayacağam. Bəzi filmlərim nəyə görəsə göstərilmədi. Onlar heç də geniş kütləyə məlum olan filmlərimdən geri qalmır. Misal olaraq, "Öncəgörmə" filmini göstərə bilərəm.
"

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Eldar Ryazanov
Ssenari müəllifi: Eldar Ryazanov
Quruluşçu rejissor: Eldar Ryazanov
Quruluşçu operator: Valeri Şuvalov
Quruluşçu rəssam: Aleksey Aksenov
Bəstəkar: Andrey Petrov
Səs operatorları: Semyon Litvinov, Vladimir Qorlov
Prodüserlər: Viktor Qluxov, Jan-Lui Livi, Aleksandr Mnuşkin
Baş redaktor: Valeri Frid
Montaj edən: Valeriya Belova
Geyim rəssamları: İrina Ginno, Alla Oleneva
Qrim rəssamları: Vsevolod Jelmanov, Anyes Tassel
İkinci rejissorlar: Nikolay Skuybin, Larisa Uryupina
İkinci operator: N.Şestinsev
Rejissor assistentləri: İ.Tretyakova, Y.Ojeqova, V.Malova,
Operator assistenti: S.Fokin
Rəssam assistenti: A.Petrov
Montaj üzrə assistentlər: M.Afanasova, İ.Vasyutkova, N.Qavrilyuk
Redaktor: Nina Skuybina
Musiqi redaktoru: Arseni Lapisov
Dirijor: Sergey Skripka
Şeirlərindən istifadə edilən şair: Eldar Ryazanov
Mahnı ifa edən: Aleksandr Malinin
Aktyor Rol
Oleq Basilaşvili Oleq Vladimiroviç Qoryunov
İren Jakob Lüdmila Aleksandrovna Yeqorova
Andrey Sokolov Oleqin gəncliyi
Aleksey Jarkov İqor Petroviç Poplavski
Aleksandr Paşutin bələdçi
Roman Karsev vətənpərvər antikommunist
Karolin Siol Oksana
Zoya Zelinskaya epizod
İrena Morozova vağzaldakı qaraçı-öncəgörücü
İrina Nekrasova hava limanındakı qaraçı-öncəgörücü
Mixail Pyarn rus vətənpərvərləri partiyasının üzvü
A. Buzılyeva
Sergey Stepançenko taksi sürücüsü
A. İqnatov
Viktor Yelsov müstəntiq
Aleksandr Rezalin qəbiristanlıqdakı adam
Zinaida Kulakova
S. Vilvovskaya
E. Urazgildina

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Anna Kamenkova – Lüdmila Aleksandrovna Yeqorova (İren Jakob) (titrlərdə yoxdur)

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]

1994-cü ilin Nika mükafatı

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı qadın roluna görə – İren Jakob
  1. "Предсказание и отступление. Размышления о фильме Э.Рязанова "Предсказание"". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-28.
  2. 1 2 3 Эльдар Рязанов. Моей душе покоя нет — документальный фильм Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine. youtube.com, 28.10.2015.  (rus.)
  3. 1 2 3 Предсказание Эльдара Рязанова Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine. youtube.com, 28.10.2015.  (rus.)
  4. "Актриса Ирен Жакоб представит на ММКФ свою новую работу". 2011-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-28.
  • Aлександр Шпагин, Мирослава Сегида, Сергей Землянухин: Фильмы России. Игровое кино. Тв. Видео 1992-2003. Москва: Дубль-Д, 2004. ISBN 5-900902-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]