Karo Alabyan

Karo Semyonoviç Alabyan (rus. Каро́ Семёнович Алабя́н, erm. Կարո Սիմոնի Հալաբյան; 14 (26) iyul 1897[1], Yelizavetpol[1]5 yanvar 1959[1], Moskva[2][1]) — erməni əsilli sovet memarı. O, Ümumittifaq Rusiya Proletar Memarlıq Cəmiyyətinin yaradıcısıdır.[3]

Karo Alabyan
erm. Կարո Սիմոնի Հալաբյան
Şəxsi məlumatlar
Doğum tarixi 14 (26) iyul 1897[1]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1959(1959-01-05)[1] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Moskva
Əsas tikililəri
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Ermənistan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Karo Semyonoviç Alabyan 26 iyul 1897-ci il tarixində, Rusiya imperiyasının Yelizavetpol şəhərində (indiki Azərbaycanın Gəncə şəhəri) anadan olmuşdur. O, 1917-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Alabyan 1929-cu ildə Moskva Ali Bədii-Texniki İnstitutunu bitirmişdir. O, 1932–1950-ci illərdə Sovet Memarları İttifaqının məsul katibi, 1949–1953-cü illərdə SSRİ Memarlıq Akademiyasının vitse-prezidenti olmuşdur.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Karo Alabyanın əsas işləri 1934–1940-cı illərdə Moskvada Sovet Ordusu teatrının binası, Moskvada 1939-cu və 1954-cü il Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Ermənistan SSR pavilyonun, 1945-ci ildə N. X. Polkakov və başqaları ilə Volqoqradın yenidən qurulmasının baş planı və s. O, 1939-cu ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən ümumdünya sərgisindəki SSRİ pavilyonunun yaradılmasında Boris İofan ilə iştirak etmişdir. Alabyan SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur.[3]

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

Karo Alabyan 2 orden, həmçinin medallarla təltif edilmişdir.[3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Алабян К. С. Задачи советской архитектуры. М.: 1937.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան 1974. C. 6. S. 46–47.
  2. 1 2 Union List of Artist Names (ing.). 2009.
  3. 1 2 3 4 Алабјан Каро Семјонович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 211.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Карлик, Леонид Борисович К. Ала­бян. Ереван, 1966.
  • Малинина Т. Г. Архитектор Каро Алабян. М.: Гос. науч.-исслед. музей архитектуры, 2008.