Karolinq dövləti

Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub.

Krallıq
Frank krallığı
Francia ya Frankia
regnum Francorum[1]
Frank dövləti ən qüdrətli dövrlərdə[2][3]
Frank dövləti ən qüdrətli dövrlərdə[2][3]
481 — 843

Paytaxt Turne (431-508)[4]
Paris (508-768)[5]
Aaxen (795-843)[6]
Dilləri latın dili
Rəsmi dilləri Fransızca[7][8]
Latınca
Dövlət dini Frank bütpərəstliyi
xristianlıq[9]
Ərazisi 1200000 km² (813)
İdarəetmə forması Monarxiya
Kral
 • 481–511 I Xlodviq (ilk)[10][11]
 • 814–840 I Lodviq (son)[12][13]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub.

Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib.

Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb. Frank əyanları iri torpaq sahiblərinə çevriliblər.

Frank dövləti təxminən V əsrin sonlarında yaranıb. Xlodviq bu dövlətin kralı olub. İrsi hakimiyyət — monarxiya rejimi qurulub. Xlodviq ölkəni vilayətlərə bölüb.

Vilayətlərə qraflar adlanan hakimlər təyin edilib. Qraf vilayətdə vergi toplayır, hərbi dəstəyə başçılıq edir və məhkəmə işlərinə baxırdı. Xlodviqin dövründə ilk qanun toplusu — Frank qanunları yaranıb. Hakimiyyətini möhkəmləndirmək üçün Xlodviq xristian dinini qəbul edib. Kilsə kralın hakimiyyətini möhkəmləndirdi.

Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın hakimiyyəti (768–814) illərində olub.[14]

Merovinq dövləti

[redaktə | mənbəni redaktə et]

592 ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank[15] dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, Merovey nəslindən olan Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq (486–511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən adətən, Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Xlodviqin dövründə Akvitaniya (507), onun xələfləri zamanında Burqundiya (534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536). 6-cı əsrin ortalarına doğru Frank dövləti keçmiş Roma əyaləti Qalliyanın, demək olar, bütün ərazisini əhatə edirdi.

Karolinq dövləti

[redaktə | mənbəni redaktə et]

Karolinq Frank Dövləti — VII əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət majordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoquAtabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları majordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləğəbi almışdılar. 687 ildə frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Pipin bütün Frank dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya mayordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni frank sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Frank Dövlətini kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı.

Frank[16] imperiyası möhkəm deyildi və buna görə az yaşadı. Frankların asılı hala saldığı tayfalar və xalqlar öz adətləri ilə yaşamağa davam edirdilər. Onlar müxtəlif dillərdə danışırdılar. Bu tayfalar və xalqlar müvəqqəti olaraq, yalnız silah gücünə birləşdirilmişdilər. Frank əyanları əvvəllər Böyük Karlı müdafiə edirdilər. Çünki o, əyanlara yeni torpaqlar zəbt etməkdə və kəndliləri təhkimli hala salmaqda kömək edirdi. Lakin icma üzvlərinin torpaqlarını zəbt etdikdən sonra əyanlar artıq qüvvətli imperator hakimiyyətinə ehtiyac duymurdular. İri feodallardan başqa, xırda və kiçik feodallar da imperatoru müdafiə etmirdilər. Çünki onlar da artıq məqsədlərinə nail olmuşdular. Onlara verilən benefisi artıq irsi olaraq keçməyə başlamış, kəndlilər isə əsasən təhkimli halına salınmışdılar.

Bundan başqa, həmin feodallar vassallıq əlaqəsi yolu ilə krala deyil, iri feodallara tabe idilər. Hər bir iri feodal öz mülkündə təkbaşına hakim idi. Natural təsərrüfat şəraitində nəinki ölkənin ayrı-ayrı vilayətləri arasında, hətta, ayrı-ayrı feodal mülkləri arasında da möhkəm əlaqələr yox idi. Bu cür əlaqələr ola da bilməzdi. Hər bir feodal mülkünün əhalisi başqalarından təcrid olunmuş halda yaşayır və digər yerlərin adamları ilə zəif əlaqə saxlayırdılar. Asılı kəndlilərin işinə nəzarət etmək və onları mükəlləfiyyətlər daşımağa məcbur etmək üçün feodalın öz döyüşçü dəstəsi və məhkəməsi, öz təsərrüfat müdirləri və nəzarətçiləri olmalı idi. O zaman kəndli üsyanları kiçik rayonları, bir və ya bir neçə kəndi əhatə edirdi. Feodallar kralın köməyi olmadan belə üsyanların öhdəsindən gəlirdilər. Natural təsərrüfatın hökmranlığı şəraitində feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi Qərbi Avropa dövlətlərində feodal dağınıqlığına səbəb oldu.

Böyük Karlın ölümündən sonra onun varısləri arasında aramsız müharibələr başlandı. 843-cü ildə, nəhayət, Böyük Karlın üç nəvəsi Daz Karl, Almaniyalı Lüdoviq və Lotar Verdendə Frank imperiyasını üç hissəyə bölmək haqqında müqavilə imzaladılar.

  1. Spufford, Peter. Appendix I // Money and its use in medieval Europe. Cambridge: Cambridge University Press. 1989 [1988]. 398, 400–402. ISBN 0-521-30384-2.
  2. Григорий Турский. История франков / Пер. с лат., сост., примеч. В. Д. Савуковой. — М.: Наука, 1987. — 464 с. — Серия «Литературные памятники».
  3. Историки эпохи Каролингов («Жизнь Карла Великого» Эйнхарда, «Ксантенские анналы», «Жизнь императора Людовика» Анонима, «История» Нитгарда, «Ведастинские анналы») / Сост. М. А. Тимофеев. — М.: РОССПЭН, 2000. — 288 с. — Серия «Классики античности и средневековья». — ISBN 5-86004-160-8.
  4. Grégoire de Tours, Histoire des Francs
  5. Hervé Pinoteau, La Symbolique royale française, V-XVIII siècles, PSR éditions, p. 115.
  6. Gabriel Fournier, Les Mérovingiens, Presses universitaires de France, collection Que sais-je ?, juin 1987, p. 107.
  7. Лот Фердинанд. Последние Каролинги / Пер. с франц. А. Ю. Карачинского. — СПб.: Евразия, 2001. — 320 с. — Серия «Clio dynastica». — ISBN 5-8071-0077-8.
  8. Сидоров А. И. Каролингская аристократия глазами современников Arxivləşdirilib 2019-09-22 at the Wayback Machine // Французский ежегодник. 2001 г. — М., 2001.
  9. Sönke Lorenz (2001), Missionierung, Krisen und Reformen: Die Christianisierung von der Spätantike bis in Karolingische Zeit in Die Alemannen, Stuttgart: Theiss; ISBN 3-8062-1535-9; pp. 441–446
  10. Du Fresne de Beaucourt, G., Histoire de Charles VII, Tome I: Le Dauphin (1403–1422), Librairie de la Société bibliographiqque, 35 Rue de Grenelle, Paris, 1881, pp. 32 & 48
  11. "Massacre of Saint Bartholomew's Day". Encyclopædia Britannica Online. 4 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2014.
  12. Bayrou, 1994. səh. 121–130
  13. Fierro, 1996. səh. 577
  14. "Frank dövləti" (Azərbaycan). portal.azertag.az. 2 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.
  15. "Franklar" (Azərbaycan). kayzen.az. 31 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2023.
  16. "FRANKLAR" (Türkce). islamansiklopedisi.org.tr. 31 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2023.