Karst quyusu

Karst quyusu-(rus. карстовый колодец , ing. karst pit) karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Karst quyusu // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 138. ISBN 978-9952-453-14-0.