"Kartuli" (qədim adı "lekuri") — gürcü xalq rəqsi. Qoşa ifa olunur. Azərbaycan rəqsi "qaytağı"ya yaxındır. Kartli və Kaxetidə təşəkkül tapmışdır. Musiqi ölçüsü 6/8-dir. İnstrumental ansamblının (tütək, zurna, doli) müşayiəti ilə ifa olunur.[1]