Kasatoçi adası (aleut. Qanan-tanax̂[1], ing. Kasatochi island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Kasatoçi adasına bu adı 1830-cu ildə, vulkanın kraterində yerləşən bir gölü təsvir edən tədqiqatçı Lutke vermişdir.
Kasatoçi adası | |
---|---|
ing. Kasatochi island | |
Ümumi məlumatlar | |
Sahəsi | 5.051 km² |
Uzunluğu |
|
Eni | 2,4 km |
Hündür nöqtəsi | 314 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°10′17″ şm. e. 175°31′06″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kasatoçi adası Berinq dənizini Sakit okeanın şimal hissəsindən ayıran Aleut adalarının bir hissəsidir. Onun sahəsi 5,051 km²-dir. Adada daimi əhali yoxdur. 2008-ci ilə qədər Kasatoçi adasının diametri təxminən 3 km, ən yüksək nöqtəsi 314 m olmuşdur[2]. Adanın hündürlüyü şimaldan cənuba doğru azalır. Vulkanın kraterinin diametri 1,219 km²-dir və dəniz səviyyəsindən 60 m yüksəklikdə yerləşir. Kasatoçi vulkanı 1899-cu il püskürməsindən sonra ilk dəfə 2008-ci il avqustun 7-də püskürməyə başlamışdır. Vulkan külü təxminən 17 kilometr hündürlüyə çataraq adanı qalın təbəqə ilə örtür. Daha sonra ABŞ-nin Balıq və Vəhşi Təbiət Xidmətindən bioloqlar qrupu Tiqlax ekspedisiya gəmisində adanı tədqiq edirlər. Vulkanın püskürməsi adanın ekosisteminə zərərli təsir göstərmiş, bir çox növlərin məhv olmasına və ya adanı tək etməsinə səbəb olmuşdur. Onların geri qayıtması təhlükə ilə üzləşir, çünki onların yaşayış yerlərinin çoxu kül altında qalmışdır. Vulkan püskürməsindən əvvəl adada yarım milyon dəniz quşu yaşayırdı. 2012-ci ilə qədər quşlar bura qayıda bilməmişlər.