Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə
1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum;
2)dərəcə, qrup;
3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış;
4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu;
5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri;
6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar;
7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi.
Kateqoriya sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |