Katerina Şemi

Katerina Şemi (13 dekabr 1888[1], Odessa, Xerson quberniyası[d][2]14 iyul 1950[1], Paris) - fransız kimyaçısı idi. O, İren Jolio-Küri ilə birlikdə o, ilk dəfə radonun yarımparçalanma periodunu ölçdü . O, həmçinin atomların qruplaşdırılmasının foto effekti ilə bağlı geniş araşdırma apardı, onun adını daşıyan effekt Şemi effekti [3] olaraq bilinir .

Katerina Şemi
Doğum tarixi 13 dekabr 1888(1888-12-13)[1]
Doğum yeri
Vəfat tarixi 14 iyul 1950(1950-07-14)[1] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Radiaktik şüalanma
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti kimyaçı, fizik

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

13 dekabr 1888-ci ildə Odessada anadan olan Katerina Şemi Fransa-Suriya notariusu Anton Şemi və onun rus həyat yoldaşı Helen Qolovkin'nin qızı idi. 1907-ci ildə Odessada məktəb təhsilini başa vurduqdan sonra həmin il Cenevrə Universitetinin Elmlər fakültəsinə daxil olur və 1913-cü ildə burada elektrik fizikası üzrə doktorluq dərəcəsi alır . Daha sonra Rusiyaya qayıdıb Petroqrad Universitetinin fizika laboratoriyasında qaz boşaltma borularında gərginliklərin öyrənilməsi üzrə təhsil alır. Birinci Dünya Müharibəsi illərində 1916-cı ilə qədər Odessa Universitetində yaradılmış klinikalarda hərbi tibb bacısı kimi çalışmışdır. Müharibədən sonra Odessa Universitetində riyaziyyat üzrə köməkçi kimi elmi işini davam etdirib. Rusiya inqilabı zamanı , 4 aprel 1919-cu ildə ailəsi fransız qoşunları ilə birlikdə Odessadan qaçaraq Qrenobl yaxınlığındakı Voreppe adlı qaçqın məskəninə çatdı .

Voreppedə beş ay qaldıqdan sonra ailəsini dolandırmaq üçün təhsil və iş imkanları səbəbilə Parisə köçdü. 1919-1920-ci tədris ili ərzində o, Parisin Kolleci de Frans tərəfindən təklif olunan radioaktivliklə bağlı bir sıra pulsuz kurslara daxil oldu . Eyni zamanda müəllim kimi işləmiş və təhsil müəssisəsində fərdi dərslər keçmişdir.

Kursları bitirdikdən və radioaktivlik sahəsində təcrübə qazandıqdan sonra o, Radium İnstitutunun laboratoriyasında iş tapmaq üçün Mariya Küriyə məktub yazdı . Mariya ona bir vəzifə təklif etdi. Şemi daha sonra könüllü olaraq Radium İnstitutunun ölçmə şöbəsində kimyaçı kimi işə qoşuldu. Onun işlərinə radium duzlarının hazırlanması və Konqodan gələn radioaktiv filizlərin təhlili daxildir. Tezliklə o, Radium Universitetində maaşla işləməsinə kömək edən tədqiqat qrantı aldı. 1920-1934-cü illər arasında o, Mariya əsas tədqiqat işlərində kömək etmişdir.

1934-cü ildə Rene Qalabert getdikdən sonra ölçmə şöbəsinin müdiri oldu və radioaktivliyin tibbi tətbiqi sahəsində tədqiqatlar apardı. 1929-cu ildə o, Fransa vətəndaşlığı aldı.

14 iyul 1950-ci ildə Parisdə "radiasiya ilə bağlı səbəblərdən" öldü.

Qeydlər[redaktə | mənbəni redaktə et]

Şemi effekti Katerina tərəfindən hazırlanmış bir üsuldur və istifadə olunan radioaktiv birləşmənin kiçik bir miqdarının həlledicidə həll olunduğunu və ya həll olunmadığını müəyyən etmək üçün foto filmi reaktiv məhlula məruz qoymağı əhatə edir. Bu üsul daha sonra Otto Hanİren Jolio-Küri tərəfindən Şemi effekti adlandırıldı .

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Catherine Chamié // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 243. 798 p. ISBN 978-1-135-96342-2
  3. / Katerina haqqında Arxivləşdirilib 2023-07-30 at the Wayback MachineRayner-Canham, Marelene F. (1997). A Devotion to Their Science: Pioneer Women of Radioactivity. Philadelphia: Chemical Heritage Foundation. p. 84. ISBN 978-0-941-90115-4. Retrieved 14 December 2022