Kati Kovaç

Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944[1], Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı.

Kati Kovaç
mac. Kovács Kati
Ümumi məlumatlar
Doğum adı Kovács Katalin Anna Sarolta
Doğum tarixi 25 oktyabr 1944(1944-10-25)[1] (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, söz yazıçısı[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1962-ci ildən
Janrlar caz, pop-rok, folk-rok
Albom şirkəti Hungaroton[d]
Təhsili -
Mükafatları Officer's Cross of the Hungarian Order of Merit "Ləyaqət" ordeninin cəngavərlik xaçı
kovacskati.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir.

Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kati Kovaç 1960-cı illərdə
Kati Kovaç Siget festivalında (2012)

Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı.

1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac. Eltávozott nap) filmində baş rolu ifa etmişdir.

Psixedelik ruhlu "Rəbbim, bizə yağış göndər!" (mac. Add már, uram, az esőt!) mahnısı 1972-ci ildə Macar Rəqs-musiqi Festivalında və Almaniya Mahnı Müsabiqəsində ona qələbə qazandırmışdır.

Üç albomu (Kovács Kati & Locomotiv GT, Közel a naphozKati) və bir kompilyasiya albomunun (Rock and Roller) üzərində macar rok qrupu Locomotiv GT ilə birlikdə işləmişdir.

1974-cü ildə "Güllər qırmızı, bənövşələr mavidir" (mac. Nálad lenni újra jó lenne) mahnısı ilə İrlandiyada Kaslbar Mahnı Müsabiqəsində qələbə qazanmışdır.[2]

O, Marta Mesaroşun rejissoru olduğu 1977-ci il "Onların ikisi" (mac. Ők ketten) macar filmində ifaçı kimi çıxış etmişdir.

1979-cu ildən etibarən Donna Sammer, Barbra Streyzand, Lora Breniqan, Madonna, Tanita Tikaram, Sem Braun, Anastacia və digərlərinin ifasında bir neçə diskoteka və hit mahnıların kaver versiyasını Macarıstanda ifa etmişdir.

İfaçı olmaqla bərabər, Kati Kovaç həm də söz yazıçısıdır. Ən tanınmış əsərlərindən biri Vangelisin bəstəsi olan və Kovaçın özünün də ifa etdiyi "1492: Cənnətin kəşfi"nə yazdığı sözlərdir.

23 oktyabr 2009-cu ildən psixedelik psixedelik soul-bit janrında ifa edən The Qualitons orkestri ilə işləməyə başlamışdı. Onlar Budapeştdə çox uğurlu konsert vermiş və Kovaç burada nadir hallarda müraciət etdiyi bit və fank janrlarında mahnılar ifa etmişdi. Bu konsertlə Kati möhtəşəm qayıdışa imza atmışdı. 2010-cu ildə isə orkestr ilə ölkə turuna çıxmışdılar. Yeni albom planlasalar da, sonradan əlaqələri itmişdi.

Kristina Agileranın 2010-cu il sinqlı "Woohoo" mahnısında Add már, uram, az esőt! mahnısından bir hissə də var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • İlin musiqi həftəsi ulduzu mükafatı (İngiltərə, 1974)
  • List mükafatı (1986)
  • Ləyaqət ordeni - Cəngavər xaçı (Macarıstan, 1994)
  • Ləyaqət ordeni - Zabit xaçı (Macarıstan, 2011)
  • Budapeştin fəxri vətəndaşı (2011)
  • Koşut mükafatı (2014)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Kati Kovács // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. ""Shalom" wins Castlebar". Billboard: 59. 1974-10-26. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]