Katsudō Shashin

Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər?) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada çəkilmiş ilk anime hesab olunur.[Qeyd 1] "Katsudo Şaşin"i Osaka İncəsənət Universitetinin müəllimi Natsuki Matsumoto 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edib.[3][4]

Katsudo Şaşin
活動写真
(Hərəkətli şəkillər)
Anime
Rejissorbilinmir
Vaxt3 san.
  Anime və manqa portalı

Proyektorda sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadr saxlanılmışdı. 3 saniyə davam edən animenin mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.[5]

Katsudo Şaşin

"Katsudo Şaşin" sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadrdan ibarətdir və cəmi 3 saniyə davam edir. Animasiyanın kadr tezliyi saniyədə 16 kadr təşkil edir. Kadrın mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" (yap. 活動写真) yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.[5] Animenin əsl adı məlum deyil, "Katsudo Şaşin" animeyə verilmiş şərti addır.[6]

Animenin kadrları ənənəvi əllə çəkmə multiplikasiyasındakı kimi fotoya alınmış təsvirlərin köməyilə deyil, trafaret vasitəsilə birbaşa lentə həkk edilib.[7][8] 35 mm-lik kinolentə çəkilmiş təsvirlər qırmızıqara rənglərdən ibarət idi.[6][9] Animasiya ilə iş zamanı "sehrli fənər"dən istifadə olunub.

Zootrop

Zootrop kimi qurğular üçün olan şəkillər ekranda göstərilən animasiyanın sələfi hesab olunur. 1898-ci ildə Nürnberq şəhərində keçirilən oyuncaq festivalı zamanı Almaniyanın Bing Gebruder şirkəti sinematoqrafı təqdim edib; tezliklə digər oyuncaq istehsalçıları da bu qurğunu satmağa başlayıblar.[10] Təxminən elə həmin vaxtlarda sinematoqraf üçün animasiya filmləri yaranmağa başlayıb.[11] Sinematoqrafın Yaponiyaya 1904-cü ildə gətirildiyi təxmin edilir.[12]

Filmlərin kinolentdə yaranma texnologiyası Yaponiyada 1896-1897-ci illərdə meydana gəlmişdir.[13] Fransız animator Emil Kolun 1911-ci ildə çəkdiyi "The Nipper's Transformations" animasiyası, Yaponiya teatrlarında nümayiş olunmuş ilk xarici animasiyadır (premyerası 15 aprel 1912-ci ildə Tokioda keçirilib). Oten Simokava, Seytaro Kitayama və Cuniçi Koçinin işləri, kinoteatrlarda nümayiş olunmuş ilk yapon animasiya filmləri olub.[14] Onların bir çox filmləri itmiş, lakin sonradan bir hissəsi tapılmışdır.[15]

2004-cü ilin dekabrında köhnə film və proyektorlar kolleksiyasını əldə etmiş Kiotodan olan alverçi, Osaka İncəsənət Universitetinin ikonoqrafiyalar üzrə eksperti olan Natsuki Matsumoto ilə əlaqə saxlayıb.[8][3] Kolleksiya üç proyektor, on bir 35 millimetrlik kinolentdə çəkilmiş film və on üç şüşə diapozitivdən ibarət idi.[8] Bir ay sonra Matsumoto kolleksiya ilə tanış olmaq üçün Kiotoya gəldi.[8]

Matsumoto kolleksiya arasında "Katsudo Şaşin"i aşkar etdiyi zaman diafilm kifayət qədər bərbad vəziyyət idi.[16] Aparılan tədqiqatlar əsasında Matsumoto və animasiya tarixçisi Nobuyuki Tsukada müəyyən ediblər ki, böyük ehtimalla film Meyci dövrünün sonuna yaxın, yəni 1912-ci ildə yaradılıb.[Qeyd 2][18] Tarixçi Frederik Litten mümkün yaranma tarixi kimi 1907-ci ili göstərib.[19] Həmin dövrdə Yaponiyada kinoteatrların sayı çox az olduğundan,[20] tədqiqatçılar hesab edirlər ki, "Katsudo Şaşin" ev proyektorlarına sahib olan imkanlı şəxslər üçün nəzərdə tutulub. Animasiya filminin yaradıcısı haqqında məlumatlar saxlanılmayıb;[21] Matsumoto lentin aşağı keyfiyyətli olması əsasında ehtimal edib ki, animasiya kiçik şirkət tərəfindən yaradılıb.[22]

Filmin aşkarlanması yapon KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.[8] "Asahi Şimbun" qəzetində Meyci dövrünə aid animasiya filminin aşkar edilməsinin əhəmiyyətliliyi qeyd olunub. Qəzetdə, həmçinin qeyd olunub ki, "Katsudo Şaşin"i "sözün müasir mənasında animasiya adlandırmaq çətindir".[16]

  1. "Katsudo Şaşin" tapılana qədər Yaponiyada ilk anime 1917-ci ildə çəkilmiş "Imokawa Mukuzo Genkanban no Maki" (azərb. Gözətçi Mukuzo İmokavanın əhvalatı‎) hesab olunurdu.[1][2]
  2. Meyci dövrü 1868-ci ildən 1912-ci ilə kimi davam edib.[17]
  1. Historic 91-year-old anime discovered in Osaka Arxivləşdirilib.
  2. "Two Nine-Decade-Old Anime Films Discovered (Updated)". Anime News Network. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2013.
  3. 1 2 Clements & McCarthy, 2006. səh. 169
  4. "China People's Daily Online (Japanese Edition): 日本最古?明治時代のアニメフィルム、京都で発見" (yapon). 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2009.
  5. 1 2 "Oldest Anime Found" (ingilis). Anime News Network. 2005-08-07. 2007-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-09.
  6. 1 2 Litten, Frederick S. Japanese color animation from ca. 1907 to 1945 (PDF). (ingilis). 2014. 2014-07-14 tarixində arxivləşdirilib (PDF).
  7. "НАРИСОВАННАЯ ЖИЗНЬ". Vokrugsveta.ru. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  8. 1 2 3 4 5 Matsumoto, 2011. səh. 98
  9. Matsumoto, 2011. səh. 116
  10. Litten, 2014. səh. 9
  11. Litten, 2014. səh. 10
  12. Litten, 2014. səh. 14
  13. Matsumoto, 2011. səh. 112
  14. Litten, 2013. səh. 27
  15. Matsumoto, 2011. səh. 96–97
  16. 1 2 López, 2012. səh. 584
  17. Nussbaum, Louis-Frédéric. (2005). "Meiji" in Japan encyclopedia, p. 624, səh. 624, Google Books-da; n.b., Louis-Frédéric is pseudonym of Louis-Frédéric Nussbaum, see Deutsche Nationalbibliothek Authority File.
  18. Matsumoto, N., Tsugata, N. Kokusan saikō to kangaerareru animēshon firumu no hakken ni tsuite. (jurnal) (yapon). № 76. Eizōgaku. 2006. 86—105. ISSN 0286-0279.
  19. Litten, 2014. səh. 13
  20. Asahi Shimbun staff, 2005
  21. Clements, McCarthy, 2006. səh. 169
  22. Litten, 2014. səh. 15
  1. Jonathan Clements, Helen McCarthy. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917. Stone Bridge Press. 2006. 867. ISBN 978-1-93-333010-5.
  2. Matsumoto, Natsuki. Nihon eiga no tanjō. Shinwa-sha. 2011. 403. ISBN 978-4-86405-029-6.
  3. Litten, Frederick S. http://litten.de/fulltext/color.pdf (#bare_url_missing_title) (PDF) // Japanese color animation from ca. 1907 to 1945. 2014.
  4. Litten, Frederick S. Shōtai kenkyū nōto: Nihon no eigakan de jōei sareta saisho no (kaigai) animēshon eiga ni tsuite. 2013.
  5. Antonio López. A New Perspective on the First Japanese Animation. IPCA. 2012. səh. 579–586. ISBN 978-989-97567-6-2.
  6. Asahi Shimbun staff. Nihon saiko? Meiji jidai no anime firumu, Kyōto de hakken. 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


П:  Animasiya portalı П:  Anime və manqa portalı П:  Film portalı П:  Yaponiya portalı