Katun Dövlət Təbiət Qoruğu

Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır[1]. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir[2].

Katun Dövlət Təbiət Qoruğu
rus. Государственный природный биосферный заповедник «Катунский»
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 151 664 ha
Yaradılma tarixi 25 iyun 1991-ci il
Yerləşməsi
49°38′00″ şm. e. 86°06′00″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Altay Respublikası
Yaxın şəhər Qorno-Altaysk
katunskiy.ru
Katun Dövlət Təbiət Qoruğu xəritədə
Katun Dövlət Təbiət Qoruğu
Katun Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiziki-coğrafi xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Katun qoruğunun ərazisi

Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir. Qoruq əsasən Katun silsiləsinin daha yüksək ərazisindədir (Beluxa massivi istisna olmaqla). Ərazidə nival-dağ, dağ-tundra və alp çəmənliyi landşaftı üstünlük təşkil edir. Moren təpələri, tirələr, sürüşmə, sel və uçqun relyef formaları qoruq ərazisində üstünlük təşkil edir.

Mütləq hündürlük 1300-3280 metr arasında dəyişir. Bu göstərici onu dünyanın ən hündürdə yerləşən qoruqlar siyahısına daxil edir. Qoruq ərazisindəki çaylara əsasən Katun çayının mənbəyinə yaxın hissəsi və onun qolları daxildir. Dağ çayları dərin dərəli olub meyilliyi yüksəkdir. Çay şəbəkəsinin ümumi uzunluğu 1200 km, sıxlığı isə 0,79 km/km²-dir. Katun qoruğu ərazisində 135 göl var. Göllər kar və moren mənşəlidir. Yüksək dağ zirvələrində 390 buzlaq mövcuddur və ümumi səhəsi 283 km²-dir.

Flora və Faunası[redaktə | mənbəni redaktə et]

Katun qoruğunun florasına 700 yaxın ali bitkilər daxildir. Qoruq ərazisində 56 növ məməli heyvana, 161 quş növü, 3 növ sürünən və 8 balıq növünə rast gəlinir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Катунский". http://www.katunskiy.ru/ (rus). 2020-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29.
  2. "Катунский биосферный заповедник". http://www.katunskiy.ru/ (rus). 2011-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29.
  3. "Флора Катунского заповедника". 2014-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-07.