Kavkaz (qəzet)

"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr.

Kavkaz
rus. Кавказ
Yaranma tarixi 1846
Dil rus dili, erməni dili
Nəşrini dayandırıb 1918
Baş ofis
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi.[1] 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi.

12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur.

1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.

  1. Константинов, Осип Ильич Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine // Русский биографический словарь : в 25 томах. — СПб.М., 1896—1918.