Kaxaber Okriaşvili

Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.[1].

Kaxa Okriaşvili
gürc. კახა ოქრიაშვილი
ing. Kakha Okriashvili
22 aprel 2004 – 21 oktyabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1966(1966-03-21) (57 yaş)
Doğum yeri
Təhsili Tbilisi Dövlət Tibb Universiteti (1987)
İxtisası Müalicə işi

Həyatı[redaktə | mənbəni redaktə et]

Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır.

Mənşəyi[redaktə | mənbəni redaktə et]

Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar.

Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır.

Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir. Gürcü dövlət, vergi və kilsə mənbələrində davamlı olaraq Okriaşvili soyu barəsində müxtəlif rəsmi və vergi səndələri 1801-ci il Rusiyanın Gürcüstanı işğal etməsinə qədər dövrləri əhatə edir.

1656-cı ildə Kartli Çarı olan Rostom Xanın fərmanında adı keçən Okriaşvili nəslinin nümayəndəsinin 20-ci əsrdə xələflərinin soyadını heç bir halda dəyişdirə bilməzdi. (Gürcüstan Dövlət Milli Arxivi: Fond 1448, arayış 2318). Bu fakt, yəni indiki Borçalı ərazisində Okriaşvili nəslinin nümayəndəsinin soyurqal hüququnun tanınması barədə məlumat Səfəfvi İmperiası Baş vəziri Məhəmməd Bəy Təbrizinin xüsusi fərmanında yer almışdır.

Okriaşvili nəsli barədə digər qeyd Kartli Çarı XI Giorginin (Şax Navaz xan) (1703–1709) fərmanında yer alır. Bu da bir sübutdur ki, Okriaşvili soyadı qədim soyaddır və 20-ci əsrdə dəyişdirilməsi heç bir halda məqsədəuyğun olmazdır.

Okriaşvili nəsli barəsində vergi və əmlak qeydləri həmçinin 1801-ci ildən sonra Rusiya İmperiyasının Qafqaz Canişinliyinin rəsmi sənədlərində də mövcuddur. 1840-cı ildə aparılan mülkiyyət qeydiyyatı barədə sənəddən məlum olur ki, Kaxa Okriaşvilinin əcdadı olan şəxslərdən biribarədə mülkiyyət dəftərində qeydiyyat aprılmışdır. (Gürücstan Dövlət Milli Arxivi: QD-82).

Dövləti Aliyyə (Osmanlı İmperiyası) Tiflis Əyaləti Müfəssəl Vergi dəftərində (1711–1725) məsihi (xristian) Okriaşvililərin Tumanis Livasında vergi ödəyici, əmlak və torpaq sahibkarları olması dəqiqliklə qeyd edilib və soyad olaraq Okriaşvili kimi identifikasiya olunub.

Okriaşvili nəsli barəsində vergi və əmlak qeydləri həmçinin 1801-ci ildən sonra Rusiya İmperiyasının Qafqaz canişinliyinin rəsmi sənədlərində də mövcuddur. 1840-cı ildə aparılan mülkiyyət qeydiyyatı barədə sənədlərdən məlum olur ki, Kaxa Okriaşvilinin əcdadı olan şəxslərdən biribarədə mülkiyyət dəftərində qeydiyyat aprılmışdır. (Gürücstan Dövlət Milli Arxivi: QD-82).

20-ci əsrdə Gürcüstan Demokratik Respublikasının dövlət sənədlərində Borçalı qəzasında yaşayan Okriaşvililər barəsində qeydlər mövcuddur. Həmçinin 1918-ci ildə Gürcüstan Parlamentinin deputatı, ədib və dramaturq Əbdürrəhman bəy Haqverdiyevin Başkeçiddə görüş zamanı Okriaşvili soyadlı bir vətəndaşdan ərizə qəbul etməsi faktı da mövcuddur.

Gürcüstan SSR, ZSFSR və SSRİ arxivlərindəki sənədlərdən məlum olur ki, Okriaşvli nəslinin nümayəndələri soyad dəyişməmiş və 13-cü əsrdən bu yana Okriaşvili soyadını daşımaqdadırlar.

Qədim gürcü nəsli olan Okriaşvililər haqqında yayılan bütün iftira və yalanlar siyasi xarakter daşıyır və Parlament seçkilərində Kaxa Okriaşvilinin nüfuzdan salınmasına xidmət edir. Bütün bunların arxasında təmiz gürcü olduğu şübhəli olan Qoqi Meşveliani durur.

Kaxa Okriaşvilinin genetik mənşəyi barədə[redaktə | mənbəni redaktə et]

ABŞ Texas Ştatında yerləşən, Family Tree DNA, Arpeggi, Incorpereytet Şirkətində, 13-cü sli barədə müfəssəl qeydlər olan Kaxa Okriaşvilinin genetik testi həyata keçirilmişdir. Kaxa Okriaşvilinin genetik analizi nəticəsində məlum olmuşdur ki, Kaxa Okriaşvili 68 faiz təmiz, saf qanlı Gürcüdür (Kartveldir) və 25 faiz qismən Qıpçaq (Qamər, İskit) geninə malikdir.[2].

Təhsili[redaktə | mənbəni redaktə et]

Kaxaber Okriaşvili 1981-ci ildə Tbilisidə orta məktəbi bitirib. 1981–1987-ci illərdə Tbilisi Dövlət Tibb Universitetində təhsil almış və həmin universiteti ümumi müalicə işi ixtisası üzrə bitirmişdir.

Karyerası və ictimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kaxaber Okriaşvili əmək fəaliyyətinə 1982-ci ildə, Tbilisi Dövlət Tibb Universitetini bitirdikdən dərhal sonra, Gürcüstan SSR Səhiyyə Nazirliyinin Dmanisi rayon Poliklinikasında tibb işçisi olaraq başlamışdır. 1989-cu ilə Dmanisi rayon Qantiadi kənd Poliklinikasına Baş həkim təyin edilmişdir. 1990-cı ilə qədər Qantiadi kənd Poliklinikasının Baş həkimi vəzifəsini tutan K. Okriaşvili 1990-cı ildə Gürcüstan SSR Səhiyyə Nazirliyi Dmanisi rayon Xəstəxanasına akuşer-ginekolog təyin edilmiş və burada həkim fəaliyyətini 1995-ci ilə qədər davam etdirmişdir.

1995-ci ildə Kaxa Okriaşvili PSP Əczaçılıq Şirkətini yaratmış və 2003-cü ilə qədər həmin şirkətin Baş direktoru vəzifəsini tutmuşdur.

2004-cü ildə siyasi fəaliyyətə başlayan K. Okriaşvili "Gürcüstan Vahid Milli Hərakat" partiyasına daxil olmuş və Gürcüstan Parlamentinə keçirilən seçkilərdə Dmanisi birmandatlı seçki dairəsindən deputat seçilmişdir.

2008-ci ildə K. Okriaşvili müstəqil majoritar namizəd kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsində seçkilərdə qələbə qazanaraq yenidən Parlamentin deputatı seçilmişdir.

2004–2013-cü illərdə K. Okriaşvili "Gürcüstan Vahid Milli Hərakat" partiyasının fəal üzvlərində biri olmuş, siyasi partiyanın Dmanisi və Zalqa rayonlarında fəaliyyətini koordinasiya etmiş, həmçinin "Vahid Milli Hərkat" partiyasının parlament fraksiyasında fəal deputatlardan biri kimi tanınmışdır. 2013-cü ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasına daxil olmuşdur.

K. Okriaşvili 2016-cı ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasının majoritar namizədi kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən Gürcüstan Parlamentinin deputatı seçilmişdir.

Gürcüstan Parlamentində fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kaxaber Okriaşvili 2004-cü ildə Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra siyasi, qanunvericilik və fraksiyalararası fəallığı ilə seçilmişdir.

2008–2012-ci illərdə Gürcüstan Parlamentində "Vahid Milli Hərakat" fraksiyasının aparıcı üzvlərindən biri olmuşdur. 2012–2013-cü illərdə isə K. Okriaşvili Parlamentin partiyasız "Müstəqil Majoritarlar Fraksiyasının" sədr müavini vəzifəsini tutmuşdur. 2014–2016-cı illərdə isə həmin fraksiyanın sədri olmuşdur. 2016–2020-ci illərdə Gürcüstan Parlamenti Regionların İnkişafı Fraksiyasının sədri vəzifəsini icra etçmişdir.

K. Okriaşvili fəal qanunverici deputat kimi 2016-cı ildə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olmuşdur.

2008–2020-ci illər ərzində Gürcüstan parlamentinin deputatı olan K. Okriaşvili müxtəlif zaman kəsiklərində Gürcüstan parlamentinin Səhiyyə və Sosial məsələr Komitəsi, Ətraf Mühit və Təbii Ehtiyatlar Komitəsinin və Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin üzvü olaraq fəaliyyətini davam etdirmişdir.

Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətində və həmçinin Türkdilli ölkələrin parlamentləri ilə birgə fəaliyyətlərdə dostluq qruplarının tərkibində iştirak etmişdir. 2018-ci ildən Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvüdür və Azərbaycanla ikitərfli əlqaələrini möhkəmləndirilməsində ciddi töhfə vermişdir. K. Okriaşvili həmçinin Gürcüstan-Qazağıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Özbəkistan Parlamentlərarası Dostluq Qrupunun üzvü vəzifələrini tutur.

Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətndə ciddi iştirak edən K. Okriaşvili Qaradəniz iqtisadi Əməkdaşlıq Parlament Assambleyasının 2016-cı ildən üzvüdür.

2015–2016-da ATƏT Parlamnet Assambleyasının üzvü və 2012–2015-ci illərdə GUAM Parlament Assambleyasının üzvü olmuşdur.

2016–2017-ci illərdə Kaxaber Okriaşvili Gürcüstan Dövlət Konstitusiya Komisiyasının üzvü olmuşdur. 2006–2007-ci illərdə Rusiya federasiyası Hökumətinin Gürcüstan Vətəndaşlarına qarşı yönəlmiş fəaliyyətinin araşdırılması üzrə parlamnetin Müvəqqəti Komisiyyasının üzvü olmuşdur.

2020-ci ildə Kaxa Okriaşvili "Tərqqi və Azadlıq" partiyasının yardılmasına iştirak etmiş və 2020-ci ilin avqustunda "Güc birlikdədir Siyasi Blokuna daxil olan "Tərəqqi və Azadlıq" partiyasının Bolnisi-Dmanizi-Tetriçkaro-Zalqa Birmandatlı seçki dairəsindən gürcüstan Parlamentinə majoritar namizəd kimi irəli sürülmüşdür.

Dmanisi və Zalqa rayonlarının inkişafında rolu[redaktə | mənbəni redaktə et]

2004-cü ildən etibarən K. Okriaşvili Dmanisi-Zalqa birmandatlı dairəsindən Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra Dmanisi və Zalqa rayonlarında sosial və infrasturukturun inkişaf etdirilməsi və bu istiqamətlərdə dövlət büdcəsindən maliyyə ayrılmasına nail olmuşdur.

Kaxaber Okriaşvilinin Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məslələr üzrə Komitəsindəki fəaliyyəti nəticəsində Dmanisi rayonun azərbaycanlılar yaşayan kəndlərinə"Yüksək dağlıq region yaşayış məntəqəsi" statusu verilmiş. Dmanisi rayonuna isə vergi güzəştlərinin tətbiq edilməsi qanunvercililə təsdiq edlmişdir.

Messenatlığı[redaktə | mənbəni redaktə et]

Gürcüstanda COVİD19 pandemiyası ilə əlaqədar karantin elan edilmsi və COVİD19 Virusu ilə Mübarizə Fondu yardıldıqdan dərhal sonra K. Okriaşvili həmin fonda öz şəxsi vəsaitindən 300 000 lari vəsait köşürmüşdür.[3]

Gürcüstanın və Qafqaz regionun aparıcı farmasevtik şirkətlərindən biri olan PSP Farmaseptik Şirkətinin əsas sahiblərindən biri olan Kaxa Okruaşvili dəflərlə Dmanisi və Zalqa rayonlarında aşayan yerli əhaliyə, əsasən də azərbaycanlılara sosial-humanitar yardımların göstərmişdir.

K. Okriaşvilinin tarixdə qalan ən böyük humanitar aksiyalarından biri, COVİD19 virusu pandemiyası ilə bağlı karantin rejiminin tətbiqi zamanı, ərzaq qıtlığından əziyyət çəkən Dmansi və Zalqa rayonlarında yaşayan 16 min ailəyə 27 aprel 2020-ci ildə ərzaq humanitar yardımının çatdırılması olmuşdur. Humanitar yardım göstərilən ailələrin 70 faizi azərbaycanlılar olmşdur. Humatitar yardımın məbləği 200 min ABŞ dolları təşkil etmişdir. K. Okriaşvili şəxsi vəsaiti hesabına Dmanisi və Zalqa rayonlarının əhalisinə humanitar yardım çərçivəsində hərrac yoluyla ümumilikdə 32 000 litr yağ, 48 000 kq makaron, 32 000 kq düyü, 32 000 kq qarabaşaq və 32 000 kq qənd ilə təmin etmişdir.[4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Kaxaber Okriaşvili ailəlidir. Yeganə övladı Giorgi Okriaşvilidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Parliament of Georgia. "კახაბერ ოქრიაშვილი". Parliament of Georgia (gürcü). www.parliament.ge. 21.06.2019. 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-11.
  2. Abbas Muradxanlı. "Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi". Xeberbiz İnformasiya saytı (az.). www.xeberbiz.com. 27.10.2010. 2020-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
  3. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi. "Dmanisi və Tsalka millət vəkili Kaxa Okriaşvili Koronavirusla Mübarizə Fonduna 300 000 lari köçürəcək". Gaxa.ge (az.). www.gaxa.ge. 21.03.2020. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  4. Marneulifm.ge. "Dmanisi-Zalqanın majoritar deputatı Kaxa Okriaşvili 16 000 ailəyə yarım milyon lari ərzaq yardımı edib". Marneulifm.ge Radio Service (az.). www.marneulifm.ge. 28.04.2020. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]