Kaydo Hyovelson

Baruto Kayto (把瑠都 凱斗?, 5 noyabr 1984[1]) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu.[3] Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir.[4] O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır.

Baruto Kayto
Şəxsi məlumatlar
Doğum adı Kaido Höövelson
Vətəndaşlığı
Doğum tarixi 5 noyabr 1984(1984-11-05)[1] (40 yaş)
Təhsili
  • Kunda liseyi[d]
Çəkisi 188 kq
İdman növü cüdo[2], sumo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra[5] biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir.

Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür.[3] Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur.[6] Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.[7] Yeniyemətlik illərində basketbolla məşğul olmuş, cüdo üzrə Estoniya milli çempionatının qalibi olmuşdur.[8]

Hyovelson sumo idmanı ilə cüdo məşqçisi Riho Rannikmaa və Kaqoşima Prefekturası Sumo Assosiasiyasının rəsmisi olan Kazuo Kurazono sayəsində tanış olmuşdur. Onlar Hyovelsonu peşəkar sumo ilə məşğul olmaq üçün cəsarətləndirmişdirlər. Əcnəbi şəxslərin sumo yarışlarına daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə görə Mihoqaseki heyası onun qoşula biləcəyi yeganə heya idi.[8] O, Yaponiyaya eston dostu Ott Yurikaas ilə birlikdə gəlmişdir. Yurikaass İrumaqava heyasına qoşulub sumoçu olsa da, bir turnirdən sonra bu idmandan uzaqlaşmışdır.[9]

2011-ci ilin sentyabrında.

Baltik dənizinin adı yapon dilində "Baruto" kimi səsləndiyi üçün döyüş adı bu seçilmişdir. Baruto 2004-cü ilin mayında debüt etdikdən sonra cəmi 8 turnir sonra curyo diviziyasına yüksəlmişdir. 2006-cı ildə keçirilmiş curyo diviziyasını 15–0 hesabı ilə qazanmışdır. Göstərdiyi performansa görə 2006-cı ilin mayında ən yüksək sumo diviziyası olan makuuçi diviziyasına yüksəlmişdir.[10]

Makuuçi diviziyasında

[redaktə | mənbəni redaktə et]

Debüt turnirində 11–4 hesabı ilə çıxış etmiş və göstərdiyi performansa görə Döyüşkən ruh mükafatını qazanmışdır. İyuldakı qələbəsindən sonra maeqaşira 1 dərəcəsini əldə etmişdir. Lakin 2007-ci ilin yanvarında zədələndiyi üçün mart turnirinə qatıla bilməmiş və curyo dərəcəsinə qədər geriləmişdir. Mayda curyo turnirində 14–1 hesabı ilə qalib gələrək makuuçi diviziyasına qayıtmışdır. Lakin turnirin açılış günündə üçüncü dəfə dizindən zədələnmiş və turnirdən çəkilmişdir.[11]

2007-ci ilin sentyabrda curyo diviziyasında 13–2 hesabı ilə qalib gəlmiş və noyabrda əsas diviziyaya qayıtmışdır. Turnirin son günlərinə qədər qalib olmağa iddialı olsa da, ozeki Çiyotaykay Ryucikomusubi Ama Koheyə məğlub olmuş, turniri 11–4 hesabı ilə bitirmişdir. Göstərdiyi performansa görə ikinci dəfə Döyüşkən ruh mükafatını qazanmışdır. 2008-ci ilin yanvar turnirini karyerasındakı ilk mənfi hesabla (7–8) başa çatdırmışdır. Noyabrda sekivake dərəcəsinə yüksəlmişdir. 2009-cu ilin yanvar turnirinə ardıcıl 6 qələbə ilə başlasa da, məğlub olmağa başlamış və turniri 9–6 hesabı ilə bitirmişdir. Mart turnirinə pis başlasa da, son günlərdə qazandığı qələbələr sayəsində dərəcəsini qorumağı bacarmışdır. O, 2002-ci ildən bəri sekivake dərəcəsini ardıcıl dörd turnirdə qorumağı bacaran ilk sumoçu olmuşdur.[12] 2009-cu ilin mayında sekivake dərəcəsini itirsə də, iyul turnirində beş ozekini məğlub etmiş və sekivake dərəcəsinə qayıtmışdır.

Estoniya prezidenti Tomas Hendrik İlves Barutonu "Ağ ulduz" ordeni ilə təltif edir (2012).

2010-cu ilin yanvar turnirində yokozuna Hakuhonu məğlub edə bilmiş, turniri 12–3 hesabı ilə bitirmişdir. O, sanyaku dərəcəsi üzrə üç turnirdə 33-dən çox qələbəsi olub ozeki dərəcəsinə yüksələ bilməyən üçüncü sumoçu olmuşdur. 2010-cu ilin mart turnirində ən yaxşı nəticəsini göstərmiş və turniri 14–1 hesabı ilə bitirmişdir. O, təkcə Hakuhoya məğlub olmuşdur. Turnirdə göstərdiyi performansdan sonra ozeki dərəcəsinə yüksəlmişdir.[4] 2012-ci ilin sentyabrında zədə səbəbindən turnirdən çəkilmiş və sekivake dərəcəsinə düşmüşdür.[13] 2013-cü ilin iyul turnirini zədə səbəbindən buraxmışdır. 2013-cü ilin sentyabrında curyo diviziyasına düşmüş və peşəkar sumo karyerasını başa çatdırmağa qərar vermişdir.[5]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Hyovelson 7 sentyabr 2018-ci ildə Estoniya Mərkəz Partiyasına qoşulduğunu bildirmişdir. 2019-cu ildə baş tutmuş Estoniya parlamentinə seçkilərinə qatılmış, RaplaHaryu qraflıqları üçün namizəd olaraq 642 səs toplamışdır.[14] Vladimir Arhipovun öz yerindən imtina etməsindən sonra Estoniya parlamentinə seçilmişdir. Deputatlıq fəaliyyəti ərzində əsas fəaliyyətlərindən biri Estoniya ilə Yaponiya arasında iqtisadi əlaqələri gücləndirmək olmuşdur.[15][16] 2023-cü ildəki parlament seçkilərində fərqli qraflıq üçün namizəd olsa da, seçilməmişdir.[17]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Baruto Yaponiyada olarkən sikkə kolleksiyaçılığıpaçinko kimi hobbilərlə məşğul olmuşdur.[9] 2009-cu ilin fevralında Vladivostokdan olan rus Yelena Trequbova ilə evlənmişdir. Onların toyu Yaponiyada baş tutmuşdur.[18] 2017-ci ilin yanvarında oğlu olmuşdur.[19] Hyovelson 2012-ci ildə III dərəcəli "Ağ ulduz" ordeni ilə təltif olunmuşdur.[20][21]

  1. 1 2 Kaido Höövelson // Eesti spordi biograafiline leksikon (est.).
  2. JudoInside.com (ing.). 2002.
  3. 1 2 "Baruto". Meiebaruto.ee. 2011-08-05 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 "Sumo: Hakuho wins Osaka basho with flawless record". Mainichi Daily News. 29 March 2010. 18 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  5. 1 2 "Baruto retires from sumo at age 28". The Japan Times. 11 September 2013. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  6. "'Sumo is beautiful': Estonian Baruto Kaito's rough road to the top". Mainichi Daily News. 29 March 2010. 1 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  7. Willacy, Mark. "Sumo Confidential". Australian Broadcasting Corporation. 2009-06-09. 2011-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  8. 1 2 Buckton, Mark. "SFM Interview: Baruto". Sumo Fan Magazine. June 2006. 31 May 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  9. 1 2 "Baruto overcame obstacles to become ozeki". The Japan Times. 12 November 2019. 1 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  10. "Sumo: Estonian wrestler Baruto promoted to ōzeki". Mainichi Daily News. 31 March 2010. 3 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  11. Japan Today – News – Estonian wrestler Baruto withdraws from Nagoya meet
  12. "2009 May Grand Sumo Tournament Banzuke Topics". Japan Sumo Association. April 2009. 9 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  13. "SUMO/ Hakuho stays one win ahead of Harumafuji on Day 3". Asahi Shimbun. 13 November 2012. 19 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  14. Cavegn, Dario. "Former professional sumo wrestler Kaido Höövelson joins Centre Party". ERR News. 7 September 2018. 29 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  15. Vahtla, Aili. "Maardu mayor passes Riigikogu seat on to Baruto". ERR News. 5 March 2019. 17 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  16. "Ex-sumo wrestler Baruto becomes Estonian lawmaker". NHK World - Japan. 4 April 2019. 4 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  17. "エストニア、対ロシア強硬の首相与党が圧勝 議会選". Nikkei.com (Japanese). 6 March 2023. 24 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  18. "Baruto abiellus!" [Baruto married!] (eston). Postimees. 20 February 2009. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2024.
  19. "Palju õnne! Kaido Höövelsoni ehk Baruto perre sündis poeg" (eston). Maaleht. 10 January 2017. 20 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  20. "Barutole omistati Valgetähe III klassi orden" [Baruto is awarded the Order of the White Star Class III] (eston). Eesti Rahvusringhääling. 1 Feb 2012. 10 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2024.
  21. "Baruto saab presidendilt Valgetähe ordeni" [Baruto is the President of the Order of the White Star]. Postimees (eston). 1 Feb 2012. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]