Çubu regionu (中部地方, Chūbu-çihō?, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi.[2] Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər.[3] Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur.
Çubu regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 72572,34 km² |
Əhali | 21715822[1] nəf. |
Əhali sıxlığı | 300 nəfər/km² |
Prefekturalar | 9 |
Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir.[4] Regionun mərkəzi dağlar ilə doludur.[5] O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir.[6]
Tokai regionu (東海地方, Tōkai-chihō?) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.[7] Tokai Omote Nihon (表日本, yəni Ön Yaponiyanın?) hissəsi sayılır.[4]
Çuki Sənaye Ərazisinin (中京工業地帯, Chūkyō Kōgyō Chitai?) mərkəzi Naqoya şəhərində yerləşir və bundan başqa o, Aiçi, Gifu və Mie prefekturaların hissələrdən ibarətdir.[8]
Koşinetsu (甲信越, Kōshin'etsu?) Yamanaşi, Naqano və Niiqata prefekturalardan ibarətdir.[9]
Hokuriku regionu (北陸地方, Hokuriku chihō?, şimal torpağların regionu) Çubunun Yapon dənizinin sahilində uzanıb.[10] Bu onu Ura Nihon (裏日本, yəni arxa Yaponiyanın?) hissəsi eləyir.[5] Beləliklə o, Niiqata, Toyama, İşikava və Fuki prefekturalarının hissələrdən ibarətdir.[11]
Yapon dənizinə tökülən[redaktə | mənbəni redaktə et] |
Sakit okeana tökülən[redaktə | mənbəni redaktə et] |
Çubu regionu Yapon emal sənayesinin mərkəzidir. Burada Yaponiya hasilatının 20%-ə yaxın istehsal edilir.[12] Bundan əlavə bu regionda düyü, meyvələr və giləmeyvələr istehsal olunur.[13]