Kazım Teymurlu (azərb. Teymurlu Kazım Vəli oğlu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi
Kazım Teymurlu | |
---|---|
Kazım Vəli oğlu Teymurlu | |
Doğum tarixi | |
Doğum yeri | Qarabağlar, Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyət illəri | 1990- |
Kazım Teymurlu Vəli oğlu 1956-cı ildə Qarabağlar kəndində anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə Qarabağlar kənd orta məktəbində alıb. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib.
Evlidir. Üç övladi var.
Əmək fəaliyyətinə 1980-ci ildə fəhlə kimi başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, 1990-cı ildə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini seçilmiş,[1] həmin vəzifədə 1995-ci ilədək işləmişdir.1995-2006-cı illərdə AHİK sədrinin məsləhətçisi, 2006-cı ildən AHİK-in katibidir.[2] AHİK-in Məclis üzvüdür.