Kazimir Fayans

Kazimir Fayans (27 may 1887[1][2][…], Varşava[3]18 may 1975[3][1][…], Ann-Arbor, Miçiqan[3]) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə SürixMançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur.

Kazimir Fayans
pol. Kazimierz Fajans
Doğum tarixi 27 may 1887(1887-05-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 may 1975(1975-05-18)[3][1][…] (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Elm sahəsi fiziki kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tədqiqat işləri[redaktə | mənbəni redaktə et]

Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir.

K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar. O, refraktometrik tədqiqatlar vasitəsilə (1927–1931) güclü elektrolitlərin məhlullarında dissosiasiya olunmamış molekulların və kompleks ionların sayını və hərəkətini müəyyən etmişdir.[4]

K. Fayans bir çox elmi cəmiyyətlərin üzvü idi. 12.06.1924-cü ildən Fizika-Riyaziyyat Elmləri Bölməsi (fizika elmləri (kimya) kateqoriyasında) SSRİ Elmlər Akademiyasının xarici müxbir üzvü idi. Kazimir Fayans 18 may 1975-ci ildə Miçiqan ştatında Ann Arbor şəhərində vəfat etmişdir. [5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Kasimir Fajans // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Kasimir Fajans // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. 1 2 3 4 5 6 Фаянс Казимир // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Volkov V. A., Vonski E. V., Kuznetsova G. İ. Dünyanın kimyaçıları. – M.: VŞ, 1991. 656 s.
  5. Böyük Almaniya Sovet Ensiklopediyası. 30 cilddə.